SON XƏBƏRLƏR

UNESCO-nun dəstəyi ilə “Azərbaycanın müasir dekorativ tətbiqi sənətinin ensiklopedik kataloqu” hazırlanır

2021.10.20, 07:36
UNESCO-nun dəstəyi ilə “Azərbaycanın müasir dekorativ tətbiqi sənətinin ensiklopedik kataloqu” hazırlanır

Gunaz.tv
UNESCO-nun dəstəyi ilə “Azərbaycanın müasir dekorativ tətbiqi sənətinin ensiklopedik kataloqu” hazırlanır UNESCO-nun sifarişi əsasında ilk dəfə “Azərbaycanın müasir dekorativ tətbiqi sənətinin ensiklopedik kataloqu” hazırlanır. Bu barədə APA-ya layihənin müəllifi, Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev məlumat verib. O, kataloqda tətbiqi sənət növləri, bu növlərin təmsilçiləri olan rəssamlar haqqında məlumatların və əsərlərin yerləşdiriləcəyini bildirib. Rəngli, nəfis tərtibatla hazırlanan kataloq 150 səhifədən ibarət olacaq. Sentyabrda Vəcihə Səmədova adına Sərgi Salonunda nəşrin təqdimatı və tətbiqi sənət nümunələrinin sərgisi təşkil ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar