SON XƏBƏRLƏR

Azərbaycanın milli geyimləri, xalçası, tətbiqi sənət nümunələri Ermitajda nümayiş olunacaq

2021.10.20, 07:36
Azərbaycanın milli geyimləri, xalçası, tətbiqi sənət nümunələri Ermitajda nümayiş olunacaq

Gunaz.tv
Azərbaycanın milli geyimləri, xalçası, tətbiqi sənət nümunələri Ermitajda nümayiş olunacaq Sankt-Peterburqda Azərbaycanın müasir xalçası, bədii metalı, milli geyimləri, rəngkarlıq, qrafika və tətbiqi sənət sərgisi keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev APA-ya sərginin Ermitaj Şəkil Qalereyasında açılacağını bildirib. Artıq hazırlığına başlanan sərginin oktyabrın sonu, noyabrın əvvəlində nümayişi nəzərdə tutulub. Sankt-Peterburqda eyni vaxtda Azərbaycanın gənc rəssamlarının da sərgisi təşkil olunacaq. Azərbaycanın tətbiqi sənət nümunələrindən ibarət genişləndirilmiş sərginin Paris, Lion və İstanbul şəhərlərində də keçirilməsi nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar