SON XƏBƏRLƏR

Corc Buşa sui-qəsd hazırlayan yeniyetmə həbs edilib

2021.10.20, 07:36
Corc Buşa sui-qəsd hazırlayan yeniyetmə həbs edilib

Gunaz.tv
Corc Buşa sui-qəsd hazırlayan yeniyetmə həbs edilib georgebush.jpg ABŞ prezidenti Corc Buşa sui-qəsd etmək istədiyi bildirilən 18 yaşlı Kolin Metyu Makkenzi-Qut adlı şəxs həbs edilib. APA-nın ABŞ xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, yeniyetmə Vaşinqton ətrafında valideynləri ilə birlikdə yaşadığı evdə silah-sursat və partlayıcı maddələr saxlamaq ittihamı ilə ötən həftə saxlanılıb. Evdə aparılan axtarış zamanı Corc Buşun kortejinin keçdiyi marşrutun planı, Kolin Makkenzinin guya Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğunu göstərən vəsiqə və digər sənədlər tapılıb. Bu tapıntılar şübhəli şəxsin dövlət başçısına sui-qəsd hazırlığında olduğunu güman etməyə əsas verir. Faktla bağlı Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon müstəqil təhqiqata başlayıblar. Federal Təhqiqatlar Bürosu də məsələni araşdırır. Cinayət işində şübhəli şəxsin atasının və polis sistemində staj keçmiş 17 yaşlı yeniyetmənin də adları keçir.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar