SON XƏBƏRLƏR

İRAN “ALTILAR”ın TƏKLİFİNƏ İKİ GÜNLÜK GECİKMƏ İLƏ CAVAB VERDİ_ABŞ isə Tehrana qarşı yeni sanksiyalar barədə məsləhətləşmələr aparır

2021.10.20, 07:36
İRAN “ALTILAR”ın TƏKLİFİNƏ İKİ GÜNLÜK GECİKMƏ İLƏ CAVAB VERDİ_ABŞ isə Tehrana qarşı yeni sanksiyalar barədə məsləhətləşmələr aparır

Gunaz.tv
İRAN “ALTILAR”ın TƏKLİFİNƏ İKİ GÜNLÜK GECİKMƏ İLƏ CAVAB VERDİ ABŞ isə Tehrana qarşı yeni sanksiyalar barədə məsləhətləşmələr aparır 16.jpg İran BMT Təhlükəsizlik Şurasının və Almaniyanın (“altılar”) nüvə probleminin həllinə dair ötən ay Cenevrədə təqdim etdiyi təkliflərə nəhayət ki, yazılı cavab verib. “Röyter” agentliyinin məlumatına görə, İranın Ali Təhlükəsizlik Şurasının katibi, ölkənin nüvə məsələsi ilə bağlı danışıqlara rəhbərlik edən Səid Cəlili Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Havyer Solonaya avqustun 4-də zəng vuraraq Tehranın cavabının hazır olduğunu bildirib. S.Cəlili deyib ki, cavabı H.Solonaya İranın Brüsseldəki səfiri çatdıracaq. İranın “Fars” agentliyi isə cavabın ən geci dünən çatdırılacağını xəbər verib. Lakin İranın “altılar”ın təkliflərinə cavabının nədən ibarət olduğu açıqlanmır. Xəbər verildiyi kimi, Cenevrədə ilk dəfə ABŞ-ın da qatıldığı danışıqlar zamanı “altılar” İran zənginləşdirilmiş uran proqramını dayandırmaq üçün bir sıra stimulları nəzərdə tutan təkliflər verib. Bu təkliflərə cavab verilməsi üçün İrana avqustun 2-dək vaxt ayrılmışdı. Lakin göstərilən tarixdə İrandan cavab gəlmədi, Avropa Birliyi və ABŞ isə daha iki gün gözləyə biləcəklərini açıqladı. İranın təkliflərə cavabı məlum olmasa da Tehran elan edib ki, o, heç bir ultimativ tələbi qəbul etmir və nüvə proqramından bir addım da geri çəkilməyəcək. Tehranın bu mövqeyi ABŞ-da artıq “altılar”ın təklifinin qəbul edilmədiyi yönündə rəy formalaşdırıb. Hələ İranın rəsmi cavabı məlum olmadan ABŞ BMT Təhlükəsizlik Şurasında Tehrana qarşı yeni sanksiyaları nəzərdə tutan qətnamə ilə bağlı məsləhətləşmələrə başlayacağını elan etmişdi. Bundan əvvəl ABŞ dövlət katibi Kondoliza Rays bildirib ki, İran konkret seçim etməlidir: ya təkliflər qəbul edilməli, ya da İran yeni sanksiyalarla üzləşməlidir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar