SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCANLI ŞAIR VƏ YAZAR İBRAHIM RƏŞIDI(İBRAHİM SAVALAN) TUTULARAQ URMIYƏ HƏBSXANASINA GÖNDƏRILDI

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCANLI ŞAIR VƏ YAZAR İBRAHIM RƏŞIDI(İBRAHİM SAVALAN) TUTULARAQ URMIYƏ HƏBSXANASINA GÖNDƏRILDI

Gunaz.tv
GÜNEY AZƏRBAYCANLI ŞAIR VƏ YAZAR İBRAHIM RƏŞIDI TUTULARAQ URMIYƏ HƏBSXANASINA GÖNDƏRILDI DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın tanınmış şair və yazıçı Urmiyə Universitetinin mexanika mühəndisi fakültəsinin məzunu “Azər torpaq” qeyri hökümət təşkilatının təsisçisi Urmiyə universitetinin Şərhiyar dərnəyinin sədri, Ulduz, Bulud, Baxış və Oyanış dərgilərinin redaktoru milli hərəkat fəalı dünən 5 avqust 2008-ci il tarixində Urmiyə şəhərində həbs edilərək Urmiyə həbsxanasına aparılıb. Xatırladaq ki, İbrahim Rəşidi əvvəlki illərdə də Tehranın Evin həbsxanasında Əhər, Ərdəbil və Urmiyə şəhərlərində dəfələrlə ETTELAAT məmurları tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qalmışdır. May hadisələri zamanı həbs edilərək iki ay müddətinə Urmiyə ETTELAAT-ı təcridxanasında ağır işgəncələrə məruz qalmışdır. Girov müqabilində müvəqqəti azadlığa buraxılan soydaşımız keçən il Urmiyə İnqilab məhkəməsinin 202-ci şöbənin qərarı ilə 5 ay həbs və 20 zərbə şallaq cəzasına məhkum edilmişdir. Ibrahim Rəşidi məhkəmənin qərarı ilə razılaşmamış, apelyasiya məhkməsinə şikayət etmişdir. Apelyasiya məhkəməsinin qərarı ilə 5 ay həbs müddəti əvəzedilməz qərarı verilmiş, lakin 20 zərbə şallağın nəğd pul cəriməsilə əvəz etmişdir. Hal hazırda soydaşımız Urmiyənin mərkəzi həbsxansında saxlanılır. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar