SON XƏBƏRLƏR

Livan hökuməti nəhayət Hezbullahla əlaqədar qərar qəbul etdi

2021.10.20, 07:36
Livan hökuməti nəhayət Hezbullahla əlaqədar qərar qəbul etdi

Gunaz.tv
Livan hökuməti nəhayət Hezbullahla əlaqədar qərar qəbul etdi Livan hökuməti üç həftə davam edən qızğın debatlardan sonra Hezbullahın silahlarını və mübahisəli sərhəd bölgələrdə İsrailə qarşı müqavimətini saxlamsına dair razılıq əldə edib. 30 üzvlü kabinet razılığı yekidlliklə təsdiq edib. Livanın Orient Le Jor qəzetinin ictimai narazılığa dair “Nəhayət” başlığı altında dərc etdiyi məqalə siyasətçiləri bu debatlara vadar etmişdi. Bəzi siyasi liderlər hökumətin Hezbullahın tələblərinə baş əydiyindən şikayətlənir, bəziləri isə bu addımın konsensus yaradılması üçün atıldığını deyir. Yeni hökumətin bu qərarı həm İstail, həm də ABŞ-ın narazılığı ilə qarşılanıb. VOA ------------------------------------------------------------------------ Rusiya rəsmisi yenidən Gürcüstana xəbərdarlıq edib Rusiyanın yüksək vəzifəli diplomatı xəbərdarlıq edib ki, Cənubi Osetiya regionunda Gürcüstanın zorakılıqları davam etsə, Rusiya buna göz yummayacaq. Xüsusi nümayəndə Yuri Popov bu gün “İnterfaks” agentliyinə müsahibə verib. Onun sözlərinə görə, hazırkı münaqişə zonası daxil olmaqla Cənubi Osetiya bəzi Rusiya vətəndaşlarının vətənidir. Popov deyib ki, Cənubi Osetiyada hadisələr müsbət istiqamətdə cərəyan etmir. O, habelə, cümə axşamı Gürcüstanın kabinet naziri və Cənubi Osetiyanın ali nümayəndəsi ilə görüşəcəyini təsdiq edib. Son xəbərdarlıqlar separatçılarla Gürcüstan hökumət qüvvələri arasındakı toqquşmalardan sonra edilib. Son insidentlər zamanı 6 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar