SON XƏBƏRLƏR

Nuru paşa ilə bağlı film çəkilir

2021.10.20, 07:36
Nuru paşa ilə bağlı film çəkilir

Gunaz.tv
Nuru paşa ilə bağlı film çəkilir Bakının Nuru paşanın köməyi ilə erməni daşnaklarından azad edilməsinin 90 illiyi ilə əlaqədar olaraq silsilə tədbirlər keçiriləcək. "Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyindən "OLAYLAR"İA-ya verilən məlumata görə, bu məqsədlə həm paytaxt, həm də əyalətlərdə bir sıra tədbirlər təşkil olunacaq. Bundan başqa mərkəzin təşəbbüsü ilə çəkilən sənədli filmin də həmin ərəfədə ekranlarda nümayiş edilməsi nəzərdə tutulub. Bakının azad edilməsinin 90 illiyi ilə bağlı çəkilən sənədli filmdə Azərbaycan və Türkiyənin qardaşlığını əks etdirən amillər, Türkiyə Cümhuriyyətinin zaman-zaman Azərbaycana göstərdiyi dəstək əksini tapıb. Mərkəzdən bildirilib ki, ekran əsəri ilə bağlı çəkilişlər Azərbaycanla yanaşı qardaş ölkədə də aparılıb. olaylar --------------------------------------------------------------------- Proseslər Yerevanın xeyrinə deyil «Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən proseslər Yerevanın xeyrinə deyil. Problemin həlli ilə bağlı irəliləyiş var». Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında belə bəyanatla çıxış edib. Onun sözlərinə görə, Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri Ermənistanda geniş rezonans doğurub və artıq Ermənistan da anlayırlar ki, Azərbaycan ordusu bütün parametrlərinə görə Ermənistan silahlı qüvvələrindən güclüdür. lidertv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar