Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Faiq İsmayılov: "Ermənistandan Zod qızıl mədənlərinə qədər çəkilən böyük asfalt yolun, Gorus-Laçın şosesinin kənarındakı hər bulağın üzərində 1-1,5 m hündürlükdə, 1 metrə qədər enində xaç daşları basdırılıb" Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitununun arxeoloji ekspedisiyası Hamlet Petrosyanın rəhbərliyi altında iyulun əvvəlindən işğal altındakı Ağdam rayonu ərazisinə gəlib. Ermənilər Qarabağ xanı Pənahəli xanın 1751-1752-ci illərdə tikdirdiyi "Şahbulaq qıfılı" saray kompleksi ətrafında 2005-ci ildə başladıqları qazıntıları davam etdirirlər. Ramiz Mikayıloğlu Ermənistan informasiya agentliklərinin yaydığı məlumata görə, məqsəd erməni knyazı Tiqranın Qarabağda yaşadığını və bir zamanlar Ağdam ərazisində erməni knyazlığının mövcud olmasını sübuta yetirməkdir. Ərazinin adını dəyişərək "Tiqranakert" adlandıran ermənilər bu sərsəmləmələrini təbliğ etmək üçün internet səhifəsi də yaradıblar. Halbuki, aralarında rus tarixçisi İ.M.Dyakonov olmaqla bir sıra məşhur alimlər ermənilərin əcdadlarının məskunlaşdığı Yuxarı Fərat ərazilərinin Urartu, Midiya, Əhəməni (həxəmənis) dövlətinin tərkibində olduğunu, erməni knyazlığının yalnız Parfiya knyazı II Tiqranın zamanında qısa müdətdə gücləndiyini, Roma sərkərdəsi Pompeyin erməni knyazlığını tarix səhnəsindən sildiyini yazır. İndi saxtakar ermənilər arxeoloji qazıntı adıyla da işğal altındakı ərazilərimizi talan edir, gələcək fırıldaqlarına elmi don geyindirmək üçün torpaqlarımıza kütləvi şəkildə xaç daşları basdırırlar. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix-Mədəniyyət Abidələrini Mühafizə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyir ki, hazırda Ermənistanın Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu daha çox Ağdamda qazıntılar aparır. Əsas məqsəd bu ərazilərdə I və II minilliklərdə ermənilər yaşadığını "sübutlamaq" və bunu dünyada təbliğ etməkdir. Onun sözlərinə görə, qazıntılar aparılan yerlərdə heç Qafqaz Albaniyasına məxsus tarixi abidələr belə yoxdur. "Şahbulaqda bizim I və II minilliyə aid kurqanlarımız var və belə kurqanların olduğu ərazi Əsgərana, Xocalıya qədər uzanır. Bu, həm islamiyyətə qədər olan abidələrdir. O da sübut olunub ki, kurqanlar yalnız türkdilli xalqlara məxsusdur. Qədimdə türklər qəbrin üzərində torpaqdan, yaxud daşdan ərazinin relyefinə uyğun olaraq təpələr düzəldiblər. Kurqanın içərisində vəfat etmiş tanınmış şəxsin silah-sursatı, malik olduğu qiymətli əşyaların bir hissəsi və s. basdırılıb. Qurumun sədri bildirdi ki, ermənilər apardıqları qazıntılar nəticəsində ciddi ziyan vururlar. Yəni kurqanlardakı silah-sursatı, bəzək əşyalarını birbaşa İrəvana aparırlar. Bu da sabah bizim o kurqanların taleyindən xəbərsiz qalacağımızı şərtləndirəcək. Faiq İsmayılov nəzərə çatdırdı ki, Ağdamda qazıntılar 2003-cü ildən başlayıb. 2005-ci ildən qazıntılar böyük sürətlə aparılıb. Qazıntılar əsasən yay aylarında olur və qazıntıya yaxınlıqdakı erməni kəndlərinin əhalisi cəlb olunur. Qısası, ərazilərimizin "erməniləşdirilməsi"nin şahidi oluruq. O, "Şahbulaq qıfılı" ətrafında aparılan qazıntılarla bağlı 40-a qədər fotoşəkil əldə etdiklərini söylədi. Qazıntılar çökəklikdə deyil, "Şahbulaq qıfılı"ndan bir az yüksəkdəki ərazini, qayaların üzərini əhatə edir: "İndi qazıntı aparılan yerlərdə kurqanların olması da mümkün deyil. Ancaq onlar orada fotoşəkillərdən də göründüyü kimi mişar daşları düzürlər. Hər bir mişar daşının üzərində də xaç nişanələrini oyurlar. Əgər divar uçubsa, daşın daşa birləşən hissəsində xaçın olub-olmamağının elə də böyük əhəmiyyəti yoxdur. Tarixdən bilirik ki, ibtidai dövrlərdə divar yazıları, rəsmləri, at fiqurları və s. olub. Bunlar divar rəsmləri olub, divarın içərisindəki rəsmlər bir növ ermənilərin "yeniliyidir" və süniliyi dərhal nəzərə çarpır". Faiq İsmayılov qeyd etdi ki, ermənilər hazırda Laçın, Kəlbəcər rayonları ərazisində də çox ciddi işlər aparırlar. Kəlbəcərdə Qafqaz Albaniyasına məxsus 15-ə, Laçında 40-a yaxın divar rəsmi, abidə dəyişdirilib, xaçlar erməni xaçlarına uyğunlaşıdırılıb: "Həmin abidələr iki dövrü-həm xristinalığa qədər, həm xristianlıq dövrünü əhatə etdiyinə görə onların üzərində xaç şəkilləri elə də çox qoyulmamışdı. Mən özüm də 1992-ci ilə, işğala qədər bu işlə məşğul olmuşam. Biz abidələrin memarlıq quruluşuna görə onun Qafqaz Albaniyasına aid olduğunu müəyyənləşdirirdik. Ermənilər bu abidələrin üzərinə erməni xaçları yonaraq bərkidiblər. Baxanda həmin xaçın süni surətdə orada yerləşdirildiyini ayırd etmək çətin deyil. Çünki erməni xaçlarını yonarkən texniki vasitələrdən istifadə edirlər. Ancaq əvvəllər belə vasitələrdən istifadə olunmayıb. Digər tərəfdən, ermənilər elə incə elementlər oyurlar ki, onları qədim və orta əsrlərdə küt alətlərlə yonmaq mümkün deyildi". İctimai Birliyin sədri "erməniləşdirilmiş" abidələrin şəklinin internetdə yerləşdirildiyini, bədnam qonşularımızın bu yöndə davamlı təbliğat apardıqlarını, Avropa Şurası və YUNESKO-nun müəyyən şöbələrinə göndərdiklərini nəzərə çatdırdı. Bütün bunlardan əlavə, Ermənistandan Zod qızıl mədənlərinə qədər çəkilən böyük asfalt yolun, eyni zamanda Gorus-Laçın şosesinin kənarındakı hər bulağın üzərində 1-1,5 m hündürlükdə, 1 metrə qədər enlilikdə xaç daşları oyularaq basdırılıb. Yer da daşla döşənib ki, diqqət çəksin və gələnlər onun ətrafında dayanıb şəkil çəkdirsinlər: "Narahatçılığım odur ki, bunlar bizə indi-indi məlum olur. Biz 2002-2003-cü illərdə danışıq aparırdıq ki, YUNESKO-dan, Avropa Şurasından monitorinq qrupları gəlsin və Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Qərbi Azərbaycan, hazırkı Ermənistanda monitorinqlər aparılsın, abidələrimizin, müsəlmanların inanc yerlərinin, qəbirüstü abidələrin necə dağıdıldığını əyani surətdə beynəlxalq təşkilatlara göstərək. Çox güman ki, yaxınlarda bu məsələ reallaşacaq. Avropalılar indi monitorinq qrupu təşkil etmək niyyətindədirlər. Mən Xarici İşlər Nazirliyimizə də telefon açdım, xahiş etdim ki, bu ərazilərimizin erməniləşdiilməsi də monitorinqdə diqqətdə saxlanılsın. Təklifimiz vardı ki, Azərbaycan, eyni zamanda Ermənistan tərəfində həm dövlət, həm də qeyri-dövlət sektorundakı ekspertlər monitorinq qrupunda təmsil olunsunlar ki, bizə qarşı ikili standartlara yol verilməsin". Faiq İsmayılov bu məsələnin hələ gündəmdə olduğunu bildirdi. Monitorinqi aparanlar buna razılıq verərlərsə, İctimai Birliyin sədrinin də həmin ərazilərə getmək imkanı olacaq: "Bu gün mətbuatımızın, həmkarlarımızın başlıca vəzifəsi o olmalıdır ki, o ərazilərin süni surətdə erməniləşdirilməsini əyani surətdə göstərək. Bunun üçün əlimizdə böyük imkanlarımız, faktlar var". xalqcebhesi
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər