Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Türkiyə mətbuatı “Ergenekon” dosyesindən hər gün yeni qalmaqalı iddialar ortaya çıxarır. Bu dəfə dosyedən çıxarılan iddia isə baş nazir Rəcəb Tayyib Ərdoğanla Silahlı Qüvvələrin səlahiyyət müddətini başa vurmaqda olan Baş Qərargah rəisi ordu generalı Yaşar Böyükanıt arasında qapalı görüşdən yazıldığı iddia edilən stenoqramdır. Stenoqram “Ergenekon” əməliyyatında həbs edilən və vaxtilə Mustafa Kamal Atatürkün qurduğu “Kuvayi Milliyə” dərnəyinin başqanı, istefada olan zabit Fikri Karadağın arxivindən tapılıb və işə əlavə olunub. Stenoqramın Ərdoğanla Böyükanıtın quru qoşunlarının komandanı olduğu dövrdə, bir neçə il bundan əvvəl hazırlandığı bildirilir. Belə məlum olur ki, general Böyükanıt Ərdoğanla qapalı görüşdə bir neçə il əvvəl Hakkarinin Şəmdinli qəsəbəsində PKK-çıya aid iş yerinə partlayıcı maddə atılması hadisəsi barədə söhbət gedir. Belə ki, prokurorluq həmin partlayışın Silahlı Qüvvələrə mənsub şəxslər tərəfindən törədildiyini iddia etmişdi. Böyükanıt iddia edilən görüşdə Ərdoğana deyir ki, kəşfiyyat məlumatlarına görə onun hökuməti və hakim partiya Silahlı Qüvvələrə qarşı tələ qurub. “Şəxsən mənə və Silahlı Qüvvələrə qarşı mövqeyiniz qarşısında səssiz qalmağımızı gözləməyin. Əgər bu günə qədər Türkiyə Silahlı Qüvvələri olaraq etirazımızı konstitusion məcrada ifadə etməmişiksə, bunun səbəbi ölkədə xaosun yaranmasını istəməməyimizdir. Çünki ”ordu danışdı, iqtisadiyyat çökdü" dedirtməmək üçün ictimaiyyətə açıq danışmadıq. Ancaq bu o demək deyil ki, biz acizik və axıra qədər səssiz qalacağıq". Böyükanıtın bu sözlərinə Ərdoğan sərt cavab verib. O deyib ki, generallar nə istəsə danışa bilər, ancaq buna görə Türkiyədə iqtisadi böhran yaranmayacaq:"Dünyanın öndə gələn maliyyə qurumları ilə anlaşdıq. Şəmdinli iddianaməsində sizinlə və Silahlı Qüvvələrlə bağlı nə varsa axıradək araşdırılacaq. Türkiyə artıq ordunun nəzarətində olan ölkə deyil, millət iradəsinin hakim olduğu ölkədir. Silahlı Qüvvələrdə kim danışır danışsın, iqtisadiyyat çökməz, Rokfeller kimi dünyanın ən zəngin, ən güclü qruplarıyla birlikdə hərəkət edirik". Böyükanıt isə cavabında deyib ki, bu üslub Türkiyə hökumətinin baş nazirinə aid ola bilməz. “Dünyanın öndə gələn maliyyə qurumları ilə Silahlı Qüvvələrin Konstitusiyada göstərilmiş vəzifələrini yerinə yetirməsini əngəlləmək üçünmü anlaşdınız” deyə o sual edib. Böyükanıt deyib ki, baş nazir və onun hökuməti Türkiyəyə qarşı qurulmuş oyunun içində yer alır:"Şəmdinlidə türk əsgərinə qarşı törədilən linç cəhdinin arxasında partiyanızı iqtidara gətirən xarici güclərin kəşfiyyat xidmətləri dayanır. Əgər bu hadisələr araşdırılsa, Silahlı Qüvvələr təmizə çıxacaq, mən təmizə çıxaram, amma siz bu işin altında qalarsınız. Baş Qərargah rəisi araşdırmaya ehtiyac görmədiyini deyərək məni yox, türk hökumətinin qürurunu qorudu. Ancaq bu hadisələr dərindən araşdırılsa o işlərin arxasından siz, sizin müşaviriniz və sizi dəstəkləyən xarici güclər çıxacaq". Daha sonra Böyükanıt Ərdoğanı Türkiyənin yox, Rokfeller qrupunun baş naziri olmaqda ittiham edib. Ərdoğan isə ona deyib ki, aldığı kəşfiyyat məlumatları yalandır və Şəmdinli hadisəsinin arxasında Silahlı Qüvvələrdəki “savaş lordları” dayanır. Bu zaman Böyükanıt daha da sərtləşərək “savaş lordları”nın AKP-ni iqtidara gətirənlərin içərisində olduğunu deyib. Mübahisə getdikcə sərtləşib və Ərdoğan Böyükanıta deyib ki, Türkiyə artıq onların nəzarətindədir. Baş nazir Silahlı Qüvvələrə də nəzarət etdiyini, kimi istəsə onu da Baş Qərargah rəisi təyin edəcəyini deyib. Böyükanıt isə söhbəti kəsərək deyib ki, o, baş nazirin dedikləri ilə bağlı Baş Qərargah rəisini məlumatlandıracaq: “Siz əsl müsəlman, Türkiyə vətəndaşı deyilsiniz. Bu halınız açıq xəyanətdir, xəyanətiniz cəzasız qalmayacaq, bu millət saxta dinçilərdən, saxta atatürkçülərdən, saxta demokratlardan çox çəkdi, ancaq gec-tez hamısını cəzalandırdı”. Ərdoğan isə “heç nəyə gücünüz çatmayacaq, Türkiyə artıq başqa əllərə keçdi və keçməkdədir, hər yerə hakimik, tövsiyə edirəm ki, siz də bizə qatılın” deyib. Böyükanıt isə “sizin kimi xəyanətkarların yanında ola bilmərəm” deyərək qapını çırpıb və otağı tərk edib. Fikri Karadağın arxivindən tapılmış bu stenoqramın nə dərəcədə həqiqət olduğu bilinmir. Bir çoxlarına görə Ərdoğanla Böyükanıt arasında bu tonda söhbətin olması ağlabatan deyil. Hələlik tərəflərdən heç biri iddialarla bağlı münasibətini açıqlamayıb. Lakin bəllidir ki, Böyükanıt Baş Qərargah rəisi kimi dəfələrlə Türkiyədə xaricdən dəstəklənən qüvvələrin Silahlı Qüvvələri gözdən salmaq üçün kampaniya apardıqları haqda sərt bəyanatlar verib. Bu bəyanatlarda ünvan göstərilməsə də, söhbətin hökumətə bağlı media qurumlarından və çevrələrdən getdiyini təxmin etmək çətin deyil. F.MƏMMƏDOV musavat
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər