SON XƏBƏRLƏR

Rusiyada erməni azərbaycanlını qətlə yetirib_Soydaşımızı ağaca bağlayıb, sonra boğub

2021.10.20, 07:36
Rusiyada erməni azərbaycanlını qətlə yetirib_Soydaşımızı ağaca bağlayıb, sonra boğub

Gunaz.tv
Rusiyada erməni azərbaycanlını qətlə yetirib Soydaşımızı ağaca bağlayıb, sonra boğub article_1217920266.gif Rusiyanın Çelyabinsk vilayətində erməni azərbaycanlını qətlə yetirib. “Noviy region” internet saytının verdiyi məlumata görə, Azərbaycan vətəndaşının meyiti Sosnovsk rayonu ərazisindəki meşədə tapılıb. O, ağaca bağlanaraq boğulmuş vəziyyətdə aşkarlanıb. Çelyabinsk prokurorluğunun İstintaq Komitəsinin İstintaq İdarəsindən bildirilib ki, operativ-axtarış tədbirləri nəticəsində qətlin 26 yaşlı Ermənistan vətəndaşı tərəfindən törədildiyi müəyyənləşdirilib. Araşdırmalar nəticəsində məlum olub ki, 2008-ci ilin aprelində həbsxanadan çıxan Azərbaycan vətəndaşı heç yerdə işləməyib, tanışlarının evində yaşayıb. Hadisədən əvvəl o, bir neçə gecə erməninin evində qalıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qətl hadisəsi onların arasında baş vermiş münaqişə zəminində baş verib. Erməni azərbaycanlını öz maşınında meşə massivinə gətirərək burada qətlə yetirib. Hadisəni törədən şəxs artıq həbs olunub. // APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar