SON XƏBƏRLƏR

İran yeni sanksiyalarla üzləşəcəyi ilə hədələnir

2021.10.20, 07:36
İran yeni sanksiyalarla üzləşəcəyi ilə hədələnir

Gunaz.tv
İran yeni sanksiyalarla üzləşəcəyi ilə hədələnir 190_iran_nuclear-april-21_02.jpg Dünyanın altı qüdrətli dövləti bildirib ki, İran uranın zənginləşdirilməsini dayandırmaq üçün ona təklif olunmuş həvəsləndirici paketə müsbət cavab verməsə, daha artıq sanksiyalarla qarşılaşacaq. ABŞ Dövlət Departamentinin sözçüsü Qonzalo Qalleqos deyib ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar üstəgəl Almaniya İranın cavab verməməsilə bağlı tele-konfransa keçirib. Qalleqosun bildirdiyinə görə, təkliflərə yazılı cavab çərşənbə axşamı günü gözlənilir. Dünyanın qüdrətli dövlətləri İrana cavab üçün qeyri-rəsmi möhləti avqust ayının ikisinə təyin etmişdirlər. İran möhlətin bitdiy vaxt müəyyən cavab verməyib. VOA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar