SON XƏBƏRLƏR

FƏLƏSTİNLİLƏR İSRAİLDƏ SIĞINACAQ TAPIB

2021.10.20, 07:36
FƏLƏSTİNLİLƏR İSRAİLDƏ SIĞINACAQ TAPIB

Gunaz.tv
FƏLƏSTİNLİLƏR İSRAİLDƏ SIĞINACAQ TAPIB israel_esirler.jpg İsrail «Həmas»ın hücumlarından qorunmaq məqsədilə Qəzza zolağını tərk edən 87 nəfər «Fəth» təşkilatı üzvünə sığınacaq verib. Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas və baş nazir Salam Fəyyadın xahişi ilə bu addımı atan rəsmi Təl-Əviv həmin şəxsləri yenidən İordan çayının qərb sahilinəki təhlükəsiz əraziyə köçürüb. «Fəth» üzvlərinin bəziləri vətənlərinə qayıtmaqdan imtina etsələr də Fələstin rəsmiləri onlara hər cür yardım ediləcəyini bildirib. Sərhəddə yoxlanışdan sonra Fəth üzvləri İsrailin İordaniya ilə sərhəddində yerləşən Yerixo şəhərində yerləşdirilib. Qeyd edə Ki, muxtariyyətinin rəhbəri Mahmud Abbası və onun «Fəth» təşkilatnı Amerikapərəst adlandıran «Həmas silahlıları» içərisində biri uşaq olmaqla 5 Həmas üzvünün həlak olması ilə nəticələnən avtomobil partladılmasında «Fəth» günahlandıraraq qurumun 200-ə yaxın üzvünü həbs etmişdi. Bu arada isə «Həmas» silahlıları qalan Mahmud Abbasın Qəzza bölgəsindəki nümayəndəsi Əl-Əqhanı 4 günlük həbsdən sonra azadlığa buraxıb. Bu hadisəni «Həmas» tərəfindən atılan xoşməramlı addım kimi dəyərləndirən Həmasın Qəzzadakı nümayəndəsi Əl Əqhanın azadlığa buraxılmasını Fələstin daxilindəki gərginliyi səngidəcəyinə ümid etdiyini bildirib. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar