SON XƏBƏRLƏR

DÜNYA ÖLKƏLƏRİ TƏBİİ FƏLAKƏTLƏRLƏ MÜBARİZƏ APARIR

2021.10.20, 07:36
DÜNYA ÖLKƏLƏRİ TƏBİİ FƏLAKƏTLƏRLƏ MÜBARİZƏ APARIR

Gunaz.tv
DÜNYA ÖLKƏLƏRİ TƏBİİ FƏLAKƏTLƏRLƏ MÜBARİZƏ APARIR qasirga.jpg Amerika Birləşmiş Ştatlarının cənub ştatları yeni təbii fəalakətlə üzəşib. Ölkənin cənubuna doğru sürətlə hərəkət edən «Eduard» tropik fırtınasının ciddi fəsadlar törədəcəyindən ehtiyatlanan Texas və Luiziana ştatlarının əhalisi artıq tədarük görməyə başlayıb. Sinoptiklər isə saatda 75 km sürətlə irəliləyən fırtınanın güclü qasırğaya çevriləcəyi ilə bağlı proqnozlar verir. Təbii fəlakətin Meksika körfəzində neft və qaz yataqlarına ciddi zərb vuracağı bildirilir. Çində isə bu il sayca 9-cu olan tropik fırtına yenidən təhlükə yaradıb. Şençjen şəhərindən 440 km cənub-şərqdə yerləşdiyi fırtınanın tezliklə əhalisi sıx olan Quandun əyalətinə çatacağı gözlənilir. Qeyd edək ki, keçən həftə Çində baş verən Funvon tropik fırtınası 7 nəfərin həyatına son qoymuşdu. Ukraynanın qərb bölgəsindəki isə daşqınlar hələ də davam edir. Təbii fəlakət nəticəsində 8-i uşaq olmaqla 38 nəfərin öldüyü və itkin düşdüyü bildirilir. Ölkənin səhiyyə nazirliyinin verdiyi məlumata görə, təkcə İvano-Frankovski əyalətində ölənlərin və itkin düşənlərin sayının -24 nəfərə çatıb. Yüzlərlə yaşayış məntəqəsinin hələ də su altında qalıb, 80-dən çox yaşayış məntəqəsinin yolları və körpüləri uçduğundan ətraf aləmdən təcrid olunub. Fəalakət bölgəsindən isə uşaqlar, qadınlar, qocalar və xəstələr vertoliyotlar vasitəsilə köçürülür. Ukraynanın Hidrometeorologiya Mərkəzi ölkənin qərbində və mərkəzində fırtına təhlükəsi ola biləcəyi barədə xəbərdarlıq edib. Fransada isə güclü burulğan insan tələfatına səbəb olub. Ölkənin şimalında Hautmont şəhərində təbii fəalakət nəticəsində 3 nəfərin həlak olub, 9 –u isə yaralanıb. Güclü külək evlərin damlarını uçurub, agacları kökündən qoparıb. Bir neçə yaşayış məntəqəsinin işıq və rabitə əlaqəsi kəsilib. Polşada isə tufan 1 nəfərin ölümünə, 4-nün yaralanmasına, iki nəfərin isə itkin düşməsinə səbəb olub. Meteoroqlar yaxın saatlarda vəziyyətin daha da kəskinləşəcəyini və küləyin sürətinin saatda 90 km çatacağını ilə xəbərdarlıq edib. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar