SON XƏBƏRLƏR

Güney Azərbaycanın tələbə fəallarından olan Şahrux Hatəmi müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Güney Azərbaycanın tələbə fəallarından olan Şahrux Hatəmi müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv
Güney Azərbaycanın tələbə fəallarından olan Şahrux Hatəmi müvəqqəti azadlığa buraxılıb 051.jpg Güney Azərbaycanın milli hərəkat fəallarından olan Türkiyədə təhsil alan Şahrux Hatəmi 17 günlük Təbriz ETTELAAT-nın təcridxanasında ruhi və fiziki işgəncələrdən sonra 50 min dollar dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılıb. Xatırldaq ki, Şahrux Hatəmi və onunla yanaşı 5 nəfər Təbriz Universitet tələbəsi və milli fəallar bir müddət öncə həbs edilərək Təbriz ETTELAAT-da təknəfərlik kameralarda saxlanıblar. Doktor Şahrux Hatəminin dediyinə görə həbs olunandan azadlığa buraxılana qədər təknəfərlik kamerada saxlanılıb və başqa həbs olunan dostlarından heç xəbəri olmadığını bildirib. Başqa 4 nəfərin saxlandığı yerdən və şəraitdən heç bir xəbər əldə etmək mümkün deyil. Ehtimala görə onlarda Təbriz ETTELAAT-nın təcridxanasında saxlanırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar