SON XƏBƏRLƏR

Moskva yenə də Tbilisiyə xəbərdarlıq etdi

2021.10.20, 07:36
Moskva yenə də Tbilisiyə xəbərdarlıq etdi

Gunaz.tv
Moskva yenə də Tbilisiyə xəbərdarlıq etdi Rəsmi Moskva Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiyadakı son hadisələrlə bağlı öz dərin narahatlığını bildirir. Ölkənin xarici işlər nazirliyi buradakı son silahlı qarşıdurmanın səbəbkarı kimi Gürcüstanı görür və bəyan edir ki, Gürcüstanla Cənubi Osetiya arasında genişmiqyaslı hərbi əməliyyatların başlanması getdikçə daha real görsənir. Bu arada Moskva hələlik rəsmən öz mümkün addımları haqda bir şey demir, hərçənd ki, müşahidəçilərin zənnincə, Rusiyanın öz sülhməramlıları vasitəsiylə hərbi qarşıdurmaya cəlb olunmasını istisna etmək olmaz. Bu gün Rusiyanın Xarici İşlər Nazirliyi Cənubi Osetiyada vəziyyətin gərginləşməsilə bağlı Moskva və Vaşinqton arasında təmaslar olduğunu bildirib. İki ölkənin xarici işlər nazirlərinin müavinləri Qriqori Karasin və Dəniel Frid telefon danışıqları aparıblar və bundan sonra Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva Vaşinqtonun Cənubi Osetiyadakı vəziyyətin normallaşmasına kömək edəcəyinə ümid edir. Bu arada Dövlət Dumasının deputatı Konstantin Zatulinə görə, bölgədə əsas sülhməramlıları qüvvə Rusiyadır və yeri gəlsə, Moskva qüc də işlədə bilər: "Rusiya özünün əsas sülhməramlı qüvvə olmasından gələn bütün səlahiyyətlərini istifadə etmək hüququndadır və əgər hər şey yenidən təkrar olunsa o vəziyyətin nəzarətdən çıxmaması üçün güc işlətmək məcburiyyətində qala bilər". Düzdür, deputata görə, hələlik Moskva sərt addımlar atmaqdan özünü saxlayır, belə ki, münaqişəyə daxil olmaq ondan çıxmaqdan qat-qat çətindir. Bu arada Moskvadakı Siyasi Konyuktur Mərkəzinin baş direktoru Mixail Vinoqradova görə, hazırkı gərginlik getdikçə sakitləşəcək və genişmiqyaslı hərbi toqquşmalara iş çatmayacaq: "Zənnimcə, hazırkı vəziyyətdə Cənubi Osetiya göstərmək istəyir ki, o istənilən şərti hücuma hazırdır. Gürcüstan isə bir tərəfdən göstərir ki, onun qoşunları modernləşir, müəyyən yeni silahlar istifadə olunur, başqa tərəfdən əgər Rusiya qeyri-adekvat şəkildə Cənubi Osetiyadakı hadisələrə qarışsa Tbilisi bundan beynəlxalq səhnədə istifadə edə bilər. Hərə öz rolunu oynayır və ən əsası Rusiya sülhməramlılarının olduğu bu yerdə hələlik miqyaslı hərbi əməliyyatlar bir elə real görünmür", deyir cənab Vinoqradov. Bununla belə digər şərhçi Aleksandr Qoltsa görə, sülhməramlılar gərginliyi söndürən təsisatdan onu qızışdıran təsisata da çevrilə bilər: "Gürcüstanı nə qədər istəsən məsələni siyasiləşdirməkdə, təxribatlarda gunahlandırmaq olar. Amma sülhməramlılar bir təsisat kimi tərəflərin biri tərəfindən neytral qəbul olunmaması halda pis işləyir", - deyir Aleksandr Qolts. Məlumdur ki, Gürcüstan dəfələrlə Rusiya sülhməramlılarının bitərəfliyi ilə bağlı öz şübhələrini izhar edib. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar