SON XƏBƏRLƏR

İtaliyanın "Ən yaxşı rejissor"u azərbaycanlı oldu

2021.10.20, 07:36
İtaliyanın "Ən yaxşı rejissor"u azərbaycanlı oldu

Gunaz.tv
İtaliyanın "Ən yaxşı rejissor"u azərbaycanlı oldu Film festivalında Alina Abdullayeva uğur qazanıb İtaliyada "Salento Finibus Terrae 2008" beynəlxalq qısametrajlı filmlər festivalı keçirilib. İtaliya, İspaniya, Braziliya, Kanada, Fransa, Argentina kimi ölkələrin qatıldığı festivalda Azərbaycan "Çalış, nəfəs alma" filmi ilə təmsil olunub. "Dərviş" prodüsser mərkəzində istehsal olunan bu filmin rejissoru və ssenari müəllifi Alina Abdullayevadı. Baş rolları isə Fəxrəddin Manafov və Dilarə Kazımova ifa edib. Bu barədə "OLAYLAR"a prodüsser mərkəzindən məlumat verilib. Məlumata görə, bu film festivalda "Ən yaxşı qısametrajlı film" nominasiyasında "Ən yaxşı rejissor" mükafatını alıb. olaylar --------------------------------------------------------------------------- Bakıda beynəlxalq konfrans keçiriləcək Sentyabrın 9-10-u tarixlərində Bakıda "Azərbaycanın və Türkmənistanın neft və qaz potensialı, energetika, iqtisadiyyat, ekologiya əməkdaşlıq strategiyası" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Türkmənistanın ölkəmizdəki səfirliyindən "OLAYLAR"İA-ya daxil olan məlumata görə, konfransda hər iki ölkənin hökumət rəhbərləri, nazirlər və dövlət təşkilatlarının nümayəndələri iştirak edəcək. Tədbir zamanı yanacaq və energetika kompleksində, o cümlədən neft və qaz yataqlarının axtarışı və tədqiq edilməsi, yataqların mənimsənilməsi, təhsil və ekologiya sahəsində birgə fəaliyyət və tədqiqatların həyata keçirilməsi sahəsində müzakirələr aparılacaq. Məlumatda bildirilir ki, bundan başqa 31 ölkədən 275 nümayəndə konfransda iştirak etmək arzusunda olduğunu bildirib. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar