SON XƏBƏRLƏR

Ermənilərin istədiyi olmadı_ABŞ Senatı Mari Yovanoviçin namizədliyini bəyəndi

2021.10.20, 07:36
Ermənilərin istədiyi olmadı_ABŞ Senatı Mari Yovanoviçin namizədliyini bəyəndi

Gunaz.tv
Ermənilərin istədiyi olmadı ABŞ Senatı Mari Yovanoviçin namizədliyini bəyəndi ABŞ Senatı avqustun 1-də keçirilən toplantısında bu ölkənin Ermənistandakı səfiri vəzifəsinə Mari Yovanoviçin namizədliyini təsdiqləyib. Bu barədə Ermənistan mətbuatı xəbər verib. Xatırladaq ki, xanım Yovanoviçin namizədliyi bu ilin martında prezident Corc Buş tərəfindən irəli sürülmüşdü və bu ABŞ-dakı erməni lobbisi tərəfindən etirazla qarşılanmışdı. Belə ki, o, "erməni soyqırımı" ifadəsini işlətməkdən imtina edir və iyulun 19-da Senatın xarici əlaqələr komitəsindəki çıxışında da bu qondarma ifadəni tələffüz etməmişdi. Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri vəzifəsi 2 ilə yaxındır - ermənilərə uyan səfir Con Evans diplomatik vissiyasını 2006-cı ilin sentyabrında erkən başa çatdırdıqdan sonra boş qalıb. 2007-ci ildə prezident Buş bu vəzifəyə Riçard Hoqlandın namizədliyini irəli sürmüşdü. Lakin erməni lobbisi onun İrəvana göndərilməsinin qarşısını ala bilmişdi. Hoqland da qondarma soyqırımı tanımaqdan imtina etmişdi. X.Rüstəm express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar