SON XƏBƏRLƏR

Türkiyə ilə Ermənistan arasındakı münasibətlər

2021.10.20, 07:36
Türkiyə ilə Ermənistan arasındakı münasibətlər

Gunaz.tv
Türkiyə ilə Ermənistan arasındakı münasibətlər Azərbaycan buna müdaxilə etmək fikrində deyil "Türkiyə ilə Ermənistan arasındakı münasibət bu iki dövlət arasında olan məsələlərdir. Azərbaycan isə heç zaman iki dövlət arasında olan məsələlərə müdaxilə etmək fikrində deyil". Bunu deyən Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin sözlərinə görə, Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti aydındır: "Türkiyə beynəlxalq ictimaiyyətinin nümayəndəsi kimi dəfələrlə bildirib ki, bu məsələdə beynəlxalq hüququn normaları yerinə yetirilməli, Ermənistan Azərbaycanın işğal olunmuş ərazisindən çıxmalıdır. Təbii ki, biz Türkiyənin bu mövqeyini dəstəkləyirik ki, bütün dövlətlər beynəlxalq təhlükəsizlik üçün vacib olan məsələlərdə Türkiyə kimi ortaya birmənalı mövqe qoymalıdır". X.İbrahimin sözlərinə görə, Türkiyə ilə Azərbaycan iki dost dövlət olaraq davamlı əməkdaşlıq aparır. Bu əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə məsələlərin müzakirəsi keçirilir. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar