SON XƏBƏRLƏR

Demokratiya üçüncü yerdədir...

2021.10.20, 07:36
Demokratiya üçüncü yerdədir...

Gunaz.tv
Demokratiya üçüncü yerdədir... Brayzanın sözlərinə görə, ABŞ-ın regiondakı maraqlarında ilk yerləri təhlükəsizlik və enerji təhlükəsizliyi tutur "Gürcüstan və Abxaziya təcili şəkildə istənilən formatda sülh danışıqlarına başlamalıdır. Gürcü tərəfi abxazlara dörd məsələ üzrə təminat verməlidir: güc tətbiq etməmək, iqtisadi, siyasi və mədəni təhlükəsizlik. Heç bir şərt irəli sürmədən danışıqların başlaması vacibdir". APA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibinin müavini Metyu Brayza deyib. Brayzanın sözlərinə görə, ABŞ-ın qarşısında çox konkret vəzifə dayanır - münaqişənin ABŞ-ın milli maraqlarına uyğun həllinə nail olmaq: "Bizim yeganə marağımız budur ki, regionda müharibə olmasın, Gürcüstandan sabitlik hökm sürsün". Brayza BTC-nin normal fəaliyyəti üçün bölgədə sabitlik istədiklərini, ancaq təhlükəsizlik məsələsinin ABŞ üçün ilk sırada dayandığını söyləyib: "Təhlükəsizlik maraqları öndə gəlir. Enerji təhlükəsizliyi - boru kəmərləri və bununla bağlı digər məsələlər ikinci sıradadır". O, ABŞ-ın bölgədəki maraqlarında üçüncü yerdə demokratiyanın inkişafının dayandığını vurğulayıb. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar