SON XƏBƏRLƏR

Kütləvi məzarlıqdan 200-dən çox kəllə çıxıb_Onların arasında 2-4 yaşlı körpə də var

2021.10.20, 07:36
Kütləvi məzarlıqdan 200-dən çox kəllə çıxıb_Onların arasında 2-4 yaşlı körpə də var

Gunaz.tv
Kütləvi məzarlıqdan 200-dən çox kəllə çıxıb Onların arasında 2-4 yaşlı körpə də var Qubadakı kütləvi məzarlıqda üçüncü mərhələdə işlər davam etdirilir. Ərazidə baş verən sürüşmə nəticəsində ikinci quyu tamamilə dağılıb. Bu səbəbdən də qazıntılar birinci quyuda aparılır. Bu barədə məlumat verən Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Qubada qazıntı aparan ekpedisiyanın elmi rəhbəri Qəhrəman Ağayev bildirir ki, təmizləmə işləri nəticəsində bu günə kimi quyudan 20-22 kəllə sümüyü çıxarılıb. Quyuda nə qədər insan cəsədinin olduğunu isə işlər başa çatdıqdan sonra təxmini demək mümkün olacaq. Hazırda məzarılqdan ümumilikdə 200-dən çox insanın kəllə sümüyünün çıxarıldığını deyən ekspedisiya rəhbəri onların arasında qadınların, uşaqların, eləcə də yaşlı insanların üstünlük təşkil etdiyni bildirib. Qeyd edək ki, bu günlərdə məzarlıqdan 2-4 yaşlı körpəyə məxsus olan kəllə sümüyü də aşkar edilib. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar