SON XƏBƏRLƏR

Rusiyada azərbaycanlını öldürən erməni tutulub

2021.10.20, 07:36
Rusiyada azərbaycanlını öldürən erməni tutulub

Gunaz.tv
Rusiyada azərbaycanlını öldürən erməni tutulub 20080805121929_1.jpg Rusiyanın Çelyabinski vilayətində Azərbaycan vətəndaşının meyiti tapılıb. Meyit meşədə ağaclardan birinə bağlanmış halda aşkarlanıb. İlkin məlumata görə, o boğularaq öldürülüb. Rayon prokurorluğun apardığı araşdırmalardan sonra azərbaycanlını qətlə yetirənin kimliyi müəyyənləşdirmək mümkün olub. Bu 26 yaşlı Ermənistan vətəndaşıdır. Araşdırmalar nəticəsində qətlin motivləri də bəlli olub. Belə ki, Azərbaycan vətəndaşı bu ilin aprel ayında həbsdən çıxıb. O heç yerdə işləməyib və tanışlarının yanında yaşayıb. Bir müddət öncə o Ermənistan vətəndaşının 3 mobil telefonunu oğurlayıb. Bu zəmində Azərbaycan və Ermənistan vətəndaşlarının arasında mübahisə olub. Nəticədə Ermənistan vətəndaşı öz avtomobili ilə onu meşəyə gətirib və orada boğub. Artıq qətli törətməkdə itiham edilən Ermənistan vətəndaşı tutulub ANS PRESS 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar