SON XƏBƏRLƏR

PREZİDENTLİYƏ 6 NAMİZƏD İRƏLİ SÜRÜLÜB

2021.10.20, 07:36
PREZİDENTLİYƏ 6 NAMİZƏD İRƏLİ SÜRÜLÜB

Gunaz.tv
PREZİDENTLİYƏ 6 NAMİZƏD İRƏLİ SÜRÜLÜB «Turan» İnformasiya Agentliyinin məlumatına görə, bu günə 6 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb. Bunlar hakim Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri, deputat Qüdrət Həsənquliyev, dövlət qeydiyyatı olmayan Yaşıllar Partiyasının rəhbəri Mais Güləliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Liberal Demokrat Partiyasının lideri Fuad Əliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir. Bir çox müxalif qurumun - Müsavat, Xalq Cəbhəsi, Liberal, Demokrat, Klassik Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar, Vətəndaş və İnkişaf, Böyük Quruluş partiyalarının qatılmayacağı prezident seçkisində daha bir neçə nəfərin, o cümlədən Azadlıq Partiyasının sədri Əhməd Orucun iştirak edəcəyi istisna olunmur. Milli İstiqlal (lideri Etibar Məmmədov), Ədalət (lideri İlyas İsmayılov) partiyalarının seçkiyə münasibətləri hələ açıqlanmayıb. Sosial Demokrat Partiyasının həmsədri, eks-prezident Ayaz Mütəllibov və Açıq Cəmiyyət Partiyasının lideri, keçmiş parlament sədri Rəsul Quliyev isə son 10 ildə ölkədə yaşamadıqlarından seçkidə namizəd olmaq hüququnu itiriblər. Prezidentliyə əsas iddiaçılardan olan «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov marafona qatılıb-qatılmamaqla qərarını avqustun 9-da verəcək. E. Namazov APA-ya açıqlamasında bildirib ki, seçki kampaniyasını aparacaq şəxslərlə bu gün apardığı müzakirələrdə yekun qərara gəlmək mümkün olmayıb. Azərbaycanda prezident seçkisi okyabrın 15-də keçiriləcək. medyaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar