SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCAN TALAN OLUNUR

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCAN TALAN OLUNUR

Gunaz.tv
GÜNEY AZƏRBAYCAN TALAN OLUNUR FARS REJİMİ GÜNEY AZƏRBAYCANIN SƏRVƏTLƏRI QARƏT OLUNUR 42.jpg Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın Muğan bölgəsində neft yataqlarının olduğu neçə illər faşist İran hakimiyyəti tərəfindən gizlədilsədə son zamanlar İran mətbuatında həmin bölgənin nefti ilə bağlı xəbərlər gündəmə gəlməkdədir. Məlumat verilir ki, İran adlanan yer Ermənistan adlanan yerlə birlikdə Ermənistan adlanan ərazisində neftayırma zavodu tikmək qərarına gəliblər. peyk.net saytının verdiyi məlumatda bildirilir ki, əgər Ermənistanda neftayırma zavodu tikilirsə Ermənistanın iqtiasdi vəziyyəti yaxşılaşa bilər. İranın Azərbaycan bölgəsində Muğan neftinin Ermənistan adlanan yerin ərazisində tikilməsi nəzərdə tutulan neftayırmada hasil oluna bilər. Ona görə ki, İran neftayırma sənayesinə çox ehtiyacı olduğundan bu işi Ermənistanla birgə həayata keçirmək fikrindədir. Güney Azərbaycan ərazisində çoxlu yeraltı sərvətlər o cümlədən çox saylı qızıl yataqları mövcuddur. Araşdırmalarda göstərilir ki, Güney Azərbaycanın Qaradağ, Ərdəbil vilayətlərində 175 qızıl mədəni mövcuddur. Bu mədənlərdən Sarıxanlı, Muil mədənlərini Meşkin bölgəsini də saymaq olar. Hal hazırda Dostbəyli qızıl mədəni fars və ingilis şirkətləri arasında müştərək Persian Gold və PLS İrlandiya şirkətləri arasında 2004-cü ildən başlayaraq bu mədənlər qarət edilir. Həmin şirkətlər bu mədənlərin hesabına beynəlxalq səhmlər kompaniyasında yüksək nailiyyətlər əldə etmişdir. Iran hakimiyyəti isə bu mədənlərin daışnmasında həmin şirkətlərə bütün şəraiti yaratmağı öz üzərinə götürübdür. vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar