SON XƏBƏRLƏR

Tbilisi və Cənubi Osetiya müharibə astanasında

2021.10.20, 07:36
Tbilisi və Cənubi Osetiya müharibə astanasında

Gunaz.tv
Tbilisi və Cənubi Osetiya müharibə astanasında Cənubi Osetiya tərəfi Tbilisi ilə Rusiyanın iştirakı olmadan danışıqlar aparmayacaq. Bu barədə tanınmamış Cənubi Osetiya Respublikasının prezidenti Eduard Kokoytı bildirib. Bundan əvvəl isə Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyi bəyanatla çıxış etmişdi. Bəyanatda bildirilirdi ki, Gürcüstan tərəfi heç bir şərt irəli sürülmədən iki tərəfli danışıqlara hazırdı. Lakin bu, Cərubi Osetiya tərəfindən müsbət qarşılanmayıb. «Gürcüstan tərəfi Cənubi Osetiya ilə birbaşa danışıqlara hazır oldduğunu bildirməklə bizim mövqeyimizi dünya ictimaiyyətinin gözündə etibardan salmağa çalışır. Bu piar-aksiyasından başqa bir şey deyil. Bir tərəfdən Gürcüstan bizimlə danışıqlara hazır olduğunu bildirir, digər tərəfdən isə münaqişə zonasına hərbi hissələr yerləşdirir. Bununla da qarşı tərəf bizə Şimali Osetiya və Rusiyanın iştirakı olmayan formatı qəbul etdirməyə çalışır. Biz buna heç vaxt razı olmayacağıq. Kiminsə bizə diqtə etməsinə razı olmayacağıq»-Kokoytı bildirib. O, həmçinin bildirib ki, əgər Gürcüstan münaqişə zonasından hərbi hissələrini çıxarmasa, onlar oradan «sıxışdırıb» çıxarılacaq. Qeyd edək ki, son günlər Cənubi Osetiyadan qadınlar və uşaqlar Şimali Osetiyaya evakuasiya olunur. Bu isə vəziyyətin ciddiliyindən xəbər verir. Görünür tərəflər şənbə günü baş verən atışmadan sonra müharibənin daha real olduğu qənaətindədirlər. Baş verən atışmada isə 5 osetin ölmüş,15 nəfər isə yaralanmışdı. Gürcüstan tərəfindən isə 9 nəfər yaralanmışdı. Gürcüstanın daha bir tanınmamış respublika ilə münasibətləri gərgin olaraq qalır. Abxaziya ilə Gürcüstanın Berlin görüşünün baş tutmaması Gürcüstanı məmnun etməyib. «Beynəlxalq cəmiyyət Abxaziya tərəfinə münaqişənin Gürcüstan prezidenti nin təklif etdiyi sülh planı əsasında tənzimlənməsini təklif edir. Buna Abxaziya tərəfi ya mənfi cavab verməlmi, ya da bu təkliflə razılaşmalıdır.Lakin Suxumi nə birincini, nə də ikincini qəbul etmək imkanında deyild.Çünki Moskvadan təlimat yoxdur»-xarici işlər nazirinin müavini Qriqol Vaşadze deyib. Abxaziya tərəfi Cənubi Osetiyada yaranmış vəziyyəti bəhanə gətirərək danışıqlardan imtina edib. «Suxumi və Moskva Berlin görüşündə iştirak etməkdən imtina etmək üçün özləri zəmin yaratdılar». Bu barədə Gürcüstanın reinteqrasiya məsələləri üzrə Dövlət naziri Temur Yakobaşvili bildirib. «Onlar Suxumidə müxtəlif bəhanələrlə Berlin görüşündə iştirakdan imtina etməyə cəhd göstərdilər və bunun üçün Cənubi Osetiya münaqişə zonasındakı vəziyyətin gərginləşməsindən istifadə etmək qərarına gəldilər», - deyə o qeyd edib. Yakobaşvilinin bildirdiyinə görə, çox ehtimal ki, «Rusiya və Abxaziya tərəfi Tsxinvali regionunda gərginlik yaratmağın daha asan olduğunu nəzərə alaraq, buradakı qurbanlar hesabına Berlin görüşündən imtina etmək qərarına gəliblər». Bazar günü keçirilən Təhlükəsizlik Şurasının iclası zamanı Abxaziya separatçılarının lideri Sergey Baqapş Cənubi Osetiya hadisələri səbəbindən Suxuminin Berlin görüşündə iştirakdan imtina etdiyini bildirib. "Üç nöqtə"

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar