SON XƏBƏRLƏR

Azərbaycanın xaricdə 360-dan artıq diaspor təşkilatı var

2021.10.20, 07:36
Azərbaycanın xaricdə 360-dan artıq diaspor təşkilatı var

Gunaz.tv
Azərbaycanın xaricdə 360-dan artıq diaspor təşkilatı var Azərbaycanın xarici ölkələrdə 360-dan artıq diaspor təşkilatı fəaliyyət göstərir. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Təbliğat və informasiya şöbəsinin müdir müavini Elşad Miraləm bildirib. O, Azərbaycanın diaspor təşkilatlarının dünyanın 50-dən artıq ölkəsində fəaliyyət göstərdiyini deyib. Komitə rəsmisinin sözlərinə görə, azərbaycanlıların daha kompakt yaşadığı Rusiya, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrdəki diaspor təşkilatları daha aktivdir. E. Miraləm Avropa Azərbaycanlıları Konqresinin fəaliyyət proqramında Avropa ölkələrində Azərbaycan diaspor təşkilatlarının daha da gücləndirilməsinin nəzərdə tutulduğunu bildirib. //APA ------------------------------------------------------------------------ Türkiyənin iki bölgəsində meşə yanğınları davam edir Türkiyənin iki bölgəsində – Antalyanın Manaqvat rayonunda və Çanakkale vilayətinin Ayvacık rayonunda meşə yanğınları davam edir. Bu barədə Türkiyənin «Cihan» Xəbər Agentliyi məlumat yayıb. Manaqvatda meşə yanğını dörd gün əvvəl başlayıb və güclü külək əsməsi səbəbindən tam söndürülməsi hələ də mümkün olmayıb. Ayvacıkda isə meşə yanğını dünəndən başlayıb, artıq 35 hektar əraziyə ziyan dəyib. // Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar