SON XƏBƏRLƏR

Dünya Azərbaycanlılarının Xartiyası hazırlanacaq

2021.10.20, 07:36
Dünya Azərbaycanlılarının Xartiyası hazırlanacaq

Gunaz.tv
Dünya Azərbaycanlılarının Xartiyası hazırlanacaq Bakı. Elbrus Seyfullayev - APA. Dünya Azərbaycanlılarının Xartiyası hazırlanacaq. Bu barədə APA-ya açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdir müavini Elşad Miraləm bildirib. Komitə rəsmisi sözügedən sənədin hazırlanmasına sentyabrdan başlanacağını və bu işə Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ilə yanaşı digər mütəxəssislərin də cəlb ediləcəyini bildirib: “Xartiyada azərbaycançılıq ideyaları, qarşıya qoyulan məqsədlər və digər məsələlər əksini tapacaq”. E. Miraləm hazırlanacaq sənədin Azərbaycanın diaspor təşkilatlarının nümayəndələri ilə müzakirə edildikdən sonra təsdiqlənəcəyini qeyd edib. apa ----------------------------------------------------------------------- Serj Sarkisyan Köçəryanı xarici işlər nazirinin müavini təyin edib İrəvan – APA. Ermənistan prezidenti Serj Sarkisyan Milli Demokrat Partiyasının lideri Şavarş Köçəryanın xarici işlər nazirinin müavini təyin olunması haqqında fərman imzalayıb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, 1948-ci il təvəllüdlü Ş. Köçəryan İrəvan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis-riyaziyyatçıdır, biologiya elmləri namizədidir. Birinci, ikinci və üçüncü çağırış Ermənistan parlamentinin deputatı olub. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar