SON XƏBƏRLƏR

Xəzər İbrahim: “Metyu Brayza bu gün dediyini sabah təkzib edir”

2021.10.20, 07:36
Xəzər İbrahim: “Metyu Brayza bu gün dediyini sabah təkzib edir”

Gunaz.tv
Xəzər İbrahim: “Metyu Brayza bu gün dediyini sabah təkzib edir” “Siz Metyu Brayzanın bəyanatlarının tarixçəsinə fikir versəniz, görərsiniz ki, o, ertəsi gün bunu ya təkzib edir, ya da tam fərqli fikirlər söyləyir. Ona görə də, Brayzanın son bəyanatını şərh etmək istəmirəm”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Moskvada səsləndirdiyi bəyanata münasibət bildirərkən deyib. X. İbrahim hazırda danışıqlar masasında olan məsələləri aşağıdakı kimi sıralayıb: münaqişə mərhələli həll olunacaq, Ermənistan ordusunun bölmələri Azərbaycan ərazisindən çıxarılacaq, Azərbaycanın bütün məcburi köçkünləri doğma yerlərinə qayıdacaq və yalnız icmalar arasında normal münasibət qurulduqdan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusu müəyyən olunacaq. Diplomatın sözlərinə görə, danışıqların əhəmiyyəti ondan ibarətdir ki, proses davam edir, lakin hansısa irəliləyişdən danışmaq olmaz: “Hansısa irəliləyiş olsaydı, biz yeni şəraitdən danışa bilərdik. Hazırda belə bir şey yoxdur”. Xatırladaq ki, M. Brayza Moskvada verdiyi açıqlamada bildirib ki, Ermənistanla Azərbaycan arasındakı danışıqlarda Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi və Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsi məsələləri müzakirə olunur. 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar