SON XƏBƏRLƏR

ANKARA İLƏ TEHRAN ARASINDAKI PROTOKOL BÖHRANAtatürkün mavzoleyinə baş çəkmək istəməyən Əhmədinejad Güllə İstanbulda görüşəcək I HƏLL OLUNDU_

2021.10.20, 07:36
ANKARA İLƏ TEHRAN ARASINDAKI PROTOKOL BÖHRANAtatürkün mavzoleyinə baş çəkmək istəməyən Əhmədinejad Güllə İstanbulda görüşəcək I HƏLL OLUNDU_

Gunaz.tv
ANKARA İLƏ TEHRAN ARASINDAKI PROTOKOL BÖHRANI HƏLL OLUNDU Atatürkün mavzoleyinə baş çəkmək istəməyən Əhmədinejad Güllə İstanbulda görüşəcək İran prezidenti Mahmud Əhmədinejadın avqustun 14-də Türkiyəyə planlaşdırılan səfəri ilə bağlı Ankara ilə Tehran arasında yaranmış protokol böhranı həllini tapıb. Xəbər verildiyi kimi, bu böhran Əhmədinejadın Türkiyəyə səfər proqramına Atatürkün Ankaradakı movzoleyini ziyarət etməklə bağlı müddəanın daxil edilməsinə etiraz etməsi nəticəsndə yaranmışdı. Bildirilirdi ki, Əhmədinejad vaxtilə Türkiyənin keçmiş prezidenti Əhməd Necdət Sezərin Tehrana səfəri zamanı Ayətullah Xomeyninin movzoleyinə baş çəkməməsini əsas göstərib. Türkiyə mətbuatının xəbərlərinə görə, Ankara ilə Tehran arasında diplomatik kanallarla aparılan müzakirələrdən sonra Əhmədinejadın səfər proqramını dəyişdirmək qərara alınıb. Belə ki, İran prezidenti səfər zamanı Ankarada ümumiyyətlə olmayacaq. O, Tehrandan İstanbula gələcək, Türkiyə prezidenti Abdullah Güllə burada görüşəcək. İran prezidentinin səfəri zamanı Tehranın nüvə proqramları ilə bağlı yaranmış gərginliyin yumşaldılması üçün Ankaranın son vaxtlar göstərdiyi vasitəçilik səylərinin müzakirə olunacağı gözlənilir. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar