SON XƏBƏRLƏR

Əfqanıstanda zorakılıqlar davam edir

2021.10.20, 07:36
Əfqanıstanda zorakılıqlar davam edir

Gunaz.tv
Əfqanıstanda zorakılıqlar davam edir afghanistan-kabul-190-x-190.jpg Əfqanıstan paytaxtı Kabil yaxınlığında xarici qüvvələrə məxsus hərbi maşın yol kənarı bombaya dəyib. ABŞ-ın başçılıq etdiyi koalisiya rəsmiləri bildirirlər ki, bugünkü hücum zamanı 1 əsgər həlak olub. Həlak olan şəxsin milliyyəti barədə açıqlama verilməyib. Dünən başqa bir zorakılıq aktında isə Qəndəhar vilayətində toya gedən insanları aparan avtobus minaya düşüb. Bəy və gəlin də daxil olmaqla 10-dan çox insan həlak olub. Bununla yanaşı, keçən ay Əfqanıstanın mərkəzi hissəsində əsir götürülən 2 fransız yardım işçisi azad edilib. Onların çalışdığı Aclıqla Mübarizə Təşkilatı işçilərin səhhətinin yaxşı olduğunu bildirib. Hazırda qurum girovluqdan azad edilən işçilərini Fransaya aparır. VOA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar