SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Hərəkat fəalı Huşəng Nəqizadə həbs edildi

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Hərəkat fəalı Huşəng Nəqizadə həbs edildi

Gunaz.tv
Güney Azərbaycan Milli Hərəkat fəalı Huşəng Nəqizadə həbs edilib millet3.jpg Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycan milli hərəkat fəallarından olan Urmiyə sakini Huşəng Nəqizadə bir həftə öncə iş yerindən həbs edilərək Urmiyə həbsxanasına yerləşdirilib. Huşəng Nəqizadə 2007-ci il Beynəlxalq Ana dili günündə Urmiyədə həbs edilərək ETTELAAT orqanlarında işgəncə və təzyiqlərə məruz qaldıqdan sonra İnqilab məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilmişdir. Apelyasiya məhkəməsinə şikayət edən soydaşımız və onun hüquq müdafiəçisi məhkəmə qərarının qüvvədə qalmasıyla nəticələndiyini görən hüquq müdafiəçsisi İranın ali məhkəmə orqanına şikayət etmişdir. Girov müqabilində müvəqqəti azadlıqda olan Huşəng Nəqizadə İranın ali məhkəmə orqanında onun ittihamı ilə bağlı heç bir qərar çıxartmadığı halda keçən həftə Huşəng Nəqizadənin iş yerindən xəbərsiz gələn polis məmurları onu həbs edərək Urmiyə həbsxanasının 12-ci bəndinə yerləşdiriblər. Ailəsi onun həbsini gizli saxlamaq xəbərdarlığı aldığından informasiyanı Huşəng Nəqizadənin yaxınları və milli hərəkat fəallarından yayılmışdır. Heç bir qanuni və hüquqa uyğun olmayan gizli surətdə öncədən həbs edilmiş milli hərəkat fəallarının həbsi davam etməkdədir. vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar