SON XƏBƏRLƏR

Qəzza bölgəsində “Həmas” və “Fəth” yaraqlıları arasında döyüşlər gedir_FƏLƏSTİNLİ FƏLƏSTİNLİDƏN QAÇIB YƏHUDİYƏ SIĞINIR

2021.10.20, 07:36
Qəzza bölgəsində “Həmas” və “Fəth” yaraqlıları arasında döyüşlər gedir_FƏLƏSTİNLİ FƏLƏSTİNLİDƏN QAÇIB YƏHUDİYƏ SIĞINIR

Gunaz.tv
FƏLƏSTİNLİ FƏLƏSTİNLİDƏN QAÇIB YƏHUDİYƏ SIĞINIR Qəzza bölgəsində “Həmas” və “Fəth” yaraqlıları arasında döyüşlər gedir 172.jpg Fələstinin neçə vaxtdır “Həmas” qruplaşmasının nəzarətində olan Qəzza bölgəsində administrasiyanın rəhbəri Mahmud Abbasa bağlı “Fəth” hərəkatının yaraqlıları arasında döyüşlər gedir. Xarici informasiya agentliklərinin məlumatlarına görə, atışmalar ötən həftə Qəzza sahilində baş verən partlayışdan sonra yaranıb. “Həmas” rəhbərliyi bu partlayışları Qəzza sektorundakı “Fəth” tərəfdarlarından ibarət icma üzvləri tərəfindən törədildiyini iddia edir. Bu hadisədən sonra “Həmas” yaraqlıları həmin icmanın üzvlərini həbs etməyə başlayıb və onlara divan tutub. İndiyədək atışmalar nəticəsində azı 9 adam ölüb, onlarla adam yaralanıb. Şahidlərin məlumatlarına görə, “Həmas” yaraqlıları evlərə girərək kişi cinsindən olanların hamısını həbs edir. Həbslər “Fəth” tərəfdarlarının məskunlaşdığı və İsrail sərhəddinə yaxın Ecaiyyə məhəlləsində aparılır. Vəziyyətin kəskinləşməsindən sonra “Fəth” tərəfdarları “Həmas”dan qaçaraq İsrailə sığınmağa başlayıblar. İndiyədək bir neçə yüz “Fəth” tərəfdarına İsrailə keçməyə icazə verilib. Lakin məlum olub ki, “Həmas”dan qaçanların bir çoxuna İsraildə divan tutulur. Belələrindən bir qismi yaraqlı kimi həbs edilib və çılpaq soyundurularaq işgəncələrə məruz qoyulub. Soyundurularaq işgəncələrə məruz qalan fələstinlilərin şəkilləri xarici mətbuatda yer alıb. “Həmas” nümayəndələri isə bildiriblər ki, partlayışların bütün günahkarları həbs edilənədək əməliyyatlar davam edəcək. Mahmud Abbasın nümayəndəsi isə “Həmas” üzvlərinin monqollar kimi hərəkət etdiyini bildirib. Mahmud Abbas özü isə Qəzza zolağının qiyamçı ərazi olduğunu elan edərək İordan çayının Qərb sahilində “Həmas” tərəfdarlarına qarşı əməliyyatlar aparmağı tapşırıb. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar