SON XƏBƏRLƏR

Çində, uyğurların yaşadığı ərazidəki milis məntəqəsinə basqın edilib

2021.10.20, 07:36
Çində, uyğurların yaşadığı ərazidəki milis məntəqəsinə basqın edilib

Gunaz.tv
Çində, uyğurların yaşadığı ərazidəki milis məntəqəsinə basqın edilib 20080804124018_1.jpg gün səhər saat 7.55 radələrində iki avtomaşın Çin Xalq Silahlı Milis dəstələrinin Sintzyan-Uyqur muxtar rayonununun Kaşqar sərhəd məntəqəsinin ərazisinə daxil olaraq 10-dək adamı vurub. Onların arasında ölən və yaralananlar var. Bu hadisədən sonra maşında olan şəxslər yerə düşüb camaatı bıçaqlamağa başlayıb, ərazidən uzaqlaşmazdan əvvəl isə milis işçilərinin üzərinə iki qumbara atıb. Hazırda hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb. Ölənlərin və yaralıların sayı dəqiqləşdirilir, insidentin baş vermə səbəbləri araşdırılır. Qeyd edək ki, ölkənin qərbində yerləşən Sintsyzan rayonunda əhalinin əksəriyyəti müsəlmandır. Burda fəaliyyət göstərən «Şərqi Türküstan» qruplaşması bölgənin Çindən ayrılmasını və islam dövlətinin yaradılmasını istəyir. Xatırladaq ki, aprel ayında Çin milisinin Sintszyan-Uyğur bölgəsində 35 nəfəri həbs etdiyi barədə məlumat yaymışdı. Həmin adamlar olimpiya oyunlarının iştirakçılarını və idmançılarını girov götürmək üçün plan qurmaqda şübhəli bilinirdi. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar