SON XƏBƏRLƏR

Türkiyənin “Avea” şirkəti Dağlıq Qarabağ separatçıları ilə əməkdaşlıq edir

2021.10.20, 07:36
Türkiyənin “Avea” şirkəti Dağlıq Qarabağ separatçıları ilə əməkdaşlıq edir

Gunaz.tv
Türkiyənin “Avea” şirkəti Dağlıq Qarabağ separatçıları ilə əməkdaşlıq edir avea.jpg APA İnformasiya Agentliyi Azərbaycan ərazilərini işğal altında saxlayan Dağlıq Qarabağ separatçıları ilə əməkdaşlıq edən telekommunikasiya şirkətlərini üzə çıxarmaqda davam edir. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom”-un saytında (http://www.karabakhtelecom.com) şirkətin rouminq tərəfdaşları göstərilməsə də, APA-nın axtarışları nəticəsində separatçılarla əməkdaşlıq edən şirkətləri üzə çıxarmaq mümkün olub. Bundan başqa, Azərbaycanın Dağlıq Qarabağ ərazisini Ermənistanın tərkib hissəsi və ya müstəqil dövlət kimi təqdim edən telekommunikasiya şirkətləri də aşkar olunub. Narahatlıq doğuran məqam isə ondan ibarətdir ki, “Karabakh Telecom”-la əməkdaşlıq edən şirkətlər sırasında qardaş Türkiyənin ikinci mobil rabitə operatoru olan “Avea” şirkəti də var. Səhmlərinin 40%-i İtaliyanın “Telecom İtalia mobile”, 40% “Türktelecom”, 20%-i Türkiyənin “İş Bankası”na məxsus olan “Avea”nın rəsmi internet saytındakı “Beynəlxalq rabitə tərəfdaşları” bölməsində “Karabakh Telecom” Ermənistanın “ArmenTel” və K Telekom (Vivacell) şirkətləri ilə birgə rouminq sazişi imzalanmış şirkət kimi qeyd olunub. “Karabakh Telecom”-la əməkdaşlıq edən şirkətlərin tam siyahısı isə belədir: telekomunikasiya-1.jpg telekomunikasiya-2.jpg telekomunikasiya-3.jpg telekomunikasiya-4.jpg telekomunikasiya-5.jpg telekomunikasiya-6.jpg telekomunikasiya-7.jpg telekomunikasiya-8.jpg telekomunikasiya-9.jpg Qeyd edək ki, APA əvvəllər də Dağlıq Qarabağ sepratçıları ilə əməkdaşlıq edən şirkətləri müəyyənləşdirərək siyahısını dərc edib (http://www.apa.az/print.php?id=97613). LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar