SON XƏBƏRLƏR

DAHA BİR DİASPOR TƏŞKİLATIMIZ PARÇALANDI

2021.10.20, 07:36
DAHA BİR DİASPOR TƏŞKİLATIMIZ PARÇALANDI

Gunaz.tv
DAHA BİR DİASPOR TƏŞKİLATIMIZ PARÇALANDI Dünya Azərbaycan Aydınları Birliyinin (DAAB) sədri Elman Mustafazadə istefa verib. Bu barədə “qaynar.info”-ya Elman Mustafazadə özü məlumat verib. İstefasının səbəblərinə gəldikdə isə o, bunu qurumda Mahir Cavadov tərəfdarlarının çoxluq təşkil etməsi, bu mənada qurumun işini arzuolunan səviyyədə qurmaqda problemlər yaranması ilə bağlayır. Elman Mustafazadənin sözlərinə görə, digər səbəb isə rəsmi Bakı ilə münasibətlərdir. “Həmçinin mənim DAAB-a sədr secilməyim Azərbaycan hökumətində bəzi qüvvələr, eləcə də Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də daxil olmaqla bəzi qurumlar tərəfindən isti qarşılanmadı. Bu baxımdan DAAB-ı arzuladığımız səviyyəyə çatdıra bilmədim”,- deyə E.Mustafazadə bildirib. Xatırladaq ki, DAAB xaricdə yaşayan Azərbaycan aydınları tərəfindən yaradılıb və bir neçə aydır ki, fəaliyyətə başlayıb. Qurumun mayın 20-də keçirilən seçkilərində E.Mustafazadə sədr seçilmişdi. Səbuhi MƏMMƏDLİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar