SON XƏBƏRLƏR

MAHMUD ƏHMƏDİNEJAD NÜVƏ DANIŞIQLARINA HAZIRDIR

2021.10.20, 07:36
MAHMUD ƏHMƏDİNEJAD NÜVƏ DANIŞIQLARINA HAZIRDIR

Gunaz.tv
MAHMUD ƏHMƏDİNEJAD NÜVƏ DANIŞIQLARINA HAZIRDIR iran_president.jpg Prezident Mahmud Əhmədinejad bildirib ki, o, İranın nüvə proqramı ilə bağlı danışıqlara başlamağa hazırdır. O, bu sözləri Tehranda səfərdə olan Suriya Prezidenti Bəşər Əssədlə birgə keçirdiyi mətbuat konfransında bildirib. Bundan əvvəl isə cənab Əhmədinenejad demişdi ki, nüvə proqramı ilə bağlı bir addım belə geri çəkilməyəcək. Mətbuat konfransında da o, danışıqlara hazır olduğunu, amma İranın geri çəkilmək fikrində olmadığını bildirib. BBC müxbiri Con Leyn Tehrandan xəbər verir ki, cənab Əhmədinejad beynəlxalq ictimaiyyətin nüvə proqramını dondurmaq barədə İrana verdiyi vaxtın bu həftə başa çatması barədə heç bir söz deməyib. Bəşər Əssəd isə İranla beynəlxalq ictimaiyyət arasında vasitəçi olmaq üçün Tehrana gəlməsi barədə deyilənləri təkzib edib. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar