SON XƏBƏRLƏR

Böyük Quruluş da seçkiyə getməyəcək

2021.10.20, 07:36
Böyük Quruluş da seçkiyə getməyəcək

Gunaz.tv
Böyük Quruluş da seçkiyə getməyəcək fazil-qezenferoqlu-yeni..jpg Bu gün saat 16:00-da Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun iclası keçiriləcək. Lent.az-ın xəbərinə görə, iclasda partiyanın prezident seçkilərində iştirak edib-etməməsi məsələsi müzakirə olunacaq. Qeyd edək ki, indiyədək BQP başqanı Fazil Qəzənfəroğlu mətbuata açıqlamalarında partiyanın seçkilərdə öz namizədi ilə iştirak edəcəyini bildirib. Amma BQP-dəki mənbələrdən Lent.az-a daxil olan məlumata görə, Siyasi Qurulun iclasında partiyanın seçkilərdə iştirak etməməsi barədə qərar qəbul olunacaq: “Dəfələrlə dövlət orqanlarına müraciət etsək də, partiyaya qərargah ayrılmayıb. Bu cür ayrı-seçkilik və azad rəqabətin olmadığı bir şəraitdə seçkiyə getməyin mənasız olması fikri Siyasi Qurul üzvlərinin əksəriyyəti tərəfindən Fazil Qəzənfəroğlunun nəzərinə çatdırılıb”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar