SON XƏBƏRLƏR

Antalya od içində

2021.10.20, 07:36
Antalya od içində

Gunaz.tv
Antalya od içində 20070818100606turkey_antalya_aug08.gif Türkiyənin Antaliya bölgəsində 3 gündür davam edən meşə yanğınları qismən nəzarət altına alınsa da, tam söndürülməyib. Yanğın nəticəsində 4 min hektar sahə kül olub, 60-a yaxın ev yanıb. Ətrafdakı kəndlər boşaldılıb, 1 nəfərin ödlüyü bildirilir. Antaliyada iyulun 31-də başlayan meşə yanğınlarının söndürülməsi üçün səylər davam edir. Ankaradan jurnalist Yalçın Tahiroglu xəbər verir ki, yanğınsöndürənlər gecə-gündüz işləyir və ilk növbədə yanğının yaşayış məntəqələrinə sıçramasının qarşısını almağa çalışırlar. Yanğınsöndürmə işlərində 8 xüsusi təyyarə, 7 helikopter, 200-ə yaxın digər xüsusi texnika və mindən artıq işçi iştirak edir. Türkiyənin Ekologiya naziri Veysəl Eroğlu bu gün həmin bölgədə olub və ərazini helikopterlə gəzərək, vəziyyətlə tanış olub. Jurnalistlərə məlumat verən Eroğlu bildirib ki, indi yanğın əsasən 3 nöqtədə davam edir. Osman Eroğlu qeyd edib ki, küləyin surəti zaman zaman saniyədə 40-50 kilometrə çatır və bu amil yanğınsönürənlərin işini xeyli çətinləşdirir. Bu arada, yanğın bölgəsində 2 nəfər haqqında heç bir məlumat yox idi, son məlumatlara əsasən, onlardan birinin cəsədi tapılıb. İkinci şəxs haqqında hələ də məlumat yoxdur. Eyni zamanda, insan tələfatının qarşısını almaq məqsədi ilə ətraf kəndlər boşaldılıb. Ümumiyyətlə yanğın nəticəsində 4 min hektar meşə ərazisinin kül olduğunu bildirən nazir qeyd edib ki, Karataş kəndində 59 ev tamami ilə, 1 ev də qismən yanıb. Ekologiya naziri Osman Eroğlu bildirib ki, hökümət zərərçəkənlərə zəruri yardımı göstərəcək. Onun sözlərinə görə, Baş nazir Rəcəb Tayib Ərdoğan vəziyyəti diqqət mərkəzində saxlayır və həmin məsələ nazirlər kabinetinin bazar ertəsi günü keçiriləcək ilcasında müzakirə ediləcək. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar