SON XƏBƏRLƏR

İran və Venesuela narahatdır_NEFT 2 HƏFTƏDƏ 25 DOLLAR UCUZLAŞIB

2021.10.20, 07:36
İran və Venesuela narahatdır_NEFT 2 HƏFTƏDƏ 25 DOLLAR UCUZLAŞIB

Gunaz.tv
NEFT 2 HƏFTƏDƏ 25 DOLLAR UCUZLAŞIB İran və Venesuela narahatdır 409.jpg Dünya bazarlarında neftin qiymətlərinin görünməmiş sürətlə artması tendensiyası dayanıb. Ötən ayın birinci yarısında bir barreli az qala 150 dollara satılan neft hazırda 25 dollar ucuzlaşaraq 125 dollara satılır. Ötən həftə qiymətlər bundan da aşağı düşüb və 122 dollar təşkil edirdi. Lakin İranın “altılar”ın ünvə proqramı ilə bağlı təkliflərinə cavab verməməsi qiymətlərin 2-3 dollar artmasına səbəb olub. Bəzi ekspertlərə görə, neft daha da uzuclaşa və 100 dollardan aşağı düşə bilər. Buna səbəb kimi Amerika iqtisadiyyatındakı böhran və dünyanın bir çox inkişaf etmiş ölkələrində yanacaq qiymətlərinin artması nəticəsində tələbatın azalması göstərilir. Məlumatlara görə, yanacaq qiymətlərinin artması ilə bağlı Amerikada avtomobil şirkətləri böyük zərərə düşüblər. “General Motors” şirkəti bu ilin birinci yarısında 15 milyard dollar zərərə uğradığını elan edib. Həmçinin məlum olub ki, ölkədə avtomobil satışı azalaraq son 16 ildə ən aşağı göstəricilərə çatıb. Neftin qəfil bahalaşdığı kimi qəfil də ucuzlaşması İran və Venesuelanı narahat edib. OPEC üzvü olan İranın neft naziri Qulamhüseyn Notsar bəyan edib ki, təşkilat neft hasilatını azaltmalıdır. Nazir bildirib ki, əgər neft daha da ucuzlaşsa, İran iqtisadiyyatına mənfi təsir edə bilər. Notsarinin sözlərinə görə, bundan əvvəl ABŞ-ın xahişi ilə hasilatı artırmaq haqda qərar verən OPEC ölkələri, xüsusən Səudiyyə Ərəbistanı hasilatı azaltmaq məsələsinə baxmalıdır. Venesuela da neftin ucuzlaşmasından narahat olduğunu elan edərək OPEC-i hasilatı azaltmağa çağırıb. F.Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar