SON XƏBƏRLƏR

Kommunistlər də seçkiyə gedir

2021.10.20, 07:36
Kommunistlər də seçkiyə gedir

Gunaz.tv
Kommunistlər də seçkiyə gedir Azərbaycan kommunistləri də prezident seçkilərində iştiraka qərar veriblər 028bc8c6-043c-4304-96e4-11832cb7a4ca_w203_s.jpg Azərbaycan kommunistləri də prezident seçkilərində iştiraka qərar veriblər. Vahid Azərbaycan Kommunist Partiyasının avqustun 4-də keçirilən plenumunda təşkilatın sədri Sayad Saydovun namizədliyi irəli sürülüb. Bu barədə «Azadlıq» radiosuna S.Sayadov məlumat verib: «Partiyanın 34 rayon təşkilatı seçkilərlə bağlı öz müşavirələrini keçiriblər və mənim namizədliyim irəli sürülüb». Bununla da oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən namizədlərin sayı 7-yə çatıb. Bundan əvvəl Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Qüdrət Həsənquliyevin, Yeni Azərbaycan Partiyası İlham Əliyevin, Yaşıllar Partiyası Mais Güləliyevin, «Ümid» partiyası İqbal Ağazadənin, Liberal-Demokrat Partiyası Fuad Əliyevin, «Müasir Müsavat» partiyası Hafiz Hacıyevin namizədliklərini irəli sürüb. Müsavat, Demokrat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirakdan imtina haqqında qərar qəbul ediblər. «Azadlıq» bloku seçkilərin antidemokratik keçiriləcəyini iddia edərək kampaniyanı boykot etdiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar