SON XƏBƏRLƏR

UŞAQLAR CƏNUBİ OSETİYADAN EVAKUASİYA EDİLİR

2021.10.20, 07:36
UŞAQLAR CƏNUBİ OSETİYADAN EVAKUASİYA EDİLİR

Gunaz.tv
UŞAQLAR CƏNUBİ OSETİYADAN EVAKUASİYA EDİLİR gurcu_bayragi-1.jpg Gürcüstanın separatçı Cənubi Osetiya regionunun tanınmamış rəsmiləri bildiriblər ki, ərazidə vəziyyət gərginləşdiyi üçün uşaqlar Rusiyaya evakuasiya edilir. Hakimiyyət bildirib ki, onlar uşaqları avtobuslara yerləşdirərək münaqişə zonasından uzaqlaşdırılmasına başlayıblar. Neçə uşağın hələ evakuasiya olunmadığı isə məlum deyil. Gürcüstan bu qərarın təşviş doğurduğunu bildirib və xəbərdadlıq edib ki, bu, separatçıların daha böyük zorakılıqlara hazırlaşmasından xəbər verir. Ötən gün ikitərəfli atışmalar nəticəsində osetin tərəfdən 6 nəfərin öldüyü, 15 nəfərin yaralandığı,gürcü tərəfdən isə 9 nəfərin xəsarət aldığı xəbər verilmişdi. Gürcüstan tərəfin məlumatında ötən gecə ikitərəfli atışmaların yenidən davam etdiyi bildirilir. Rusiya kütləvi informasiya vasitələrində Znauri rayonunun Dvani gürcü kəndinin Cənubi Osetiya mövqeyindən atəşə tutlduğu bildirilir. Gürcü sülhməramlılarının cavab atəşilə əks tərəf susdurulub. Rusiyanın dəstəklədiyi separatçı qüvvələr və Gürcüstan hökuməti toqquşmada bir-birini ittiham edirlər. Tanınmamış Cənubi Ossetiya Prezidenti Eduard Kokoity Gürcüstanı tam-miqyaslı müharibəyə başlamaq cəhdində ittiham edib. Gürcüstan hökuməti bildirib ki, onun qüvvələri hücumə məruz qaldığı üçün atəş açmağa məcbur olub. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar