SON XƏBƏRLƏR

PREZİDENTLİYƏ DAHA BİR NAMİZƏD

2021.10.20, 07:36
PREZİDENTLİYƏ DAHA BİR NAMİZƏD

Gunaz.tv
PREZİDENTLİYƏ DAHA BİR NAMİZƏD qudret_hesenquliyev.jpg Avqustun 3-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin növbəti sessiyası keçirilib. İclasda qarşıdan gələn prezident seçkisinə dair müzakirələr aparılıb. İclasında sonunda partiya sədri Qüdrət Həsənquliyevin prezident seçkilərinə namizədliyi təsdiqlənib. Məlumatı «Azadlıq» radiosuna partiyanın seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli verib. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində «Ümid» partiyasından İqbal Ağazadə, «Yaşıl siyasət» qrupundan Mais Güləliyev, hakim Yeni Azərbaycan Partiyasından indiki prezident İlham Əliyev, «Azərbaycan Naminə» İctimai Forumdan Eldar Namazovun namizədlikləri irəli sürülüb. Demokrat və Müsavat partiyaları seçkilərə qatılmamaq barədə qərar verdilər. Seçkilərin antidemokratik keçiriləcəyini iddia edən «Azadlıq» siyasi partiyalar bloku kampaniyanı boykot edəcək. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar