SON XƏBƏRLƏR

ADP seçkidə iştirak etməmək qərarı verdi

2021.10.20, 07:36
ADP seçkidə iştirak etməmək qərarı verdi

Gunaz.tv
ADP seçkidə iştirak etməmək qərarı verdi adp-iclas.jpg Bu gün ADP Ali Məclisinin iclası keçirilib. Lent.az-ın xəbərinə görə, toplantı başlayan kimi mətbuat nümayəndələrinin Ali Məclisin işini işıqlandırıb-işıqlandırmamasına dair müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq toplantının jurnalistlərin iştirakı olmadan keçirilməsinə qərar verilib. Qapalı keçirilən müzakirələrdə ADP Ali Məclisi partiyanın prezident seçkilərində öz namizədi ilə iştirak etməməsi barədə qərar qəbul edib. ADP-dən bildiriblər ki, onlar hər hansı naməzdi də dəstəkləməyəcəklər: "Amma bu, seçkilərin boykot olunması demək deyil". LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar