SON XƏBƏRLƏR

Gürcülərlə osetinlər arasında qanlı atışma

2021.10.20, 07:36
Gürcülərlə osetinlər arasında qanlı atışma

Gunaz.tv
Gürcülərlə osetinlər arasında qanlı atışma oset.jpg Gürcü-osetin münaqişəsi zonasında atəşkəs pozulub. Lent.az-ın xəbərinə görə, separatçı Cənubi Osetiya rəhbərliyi Gürcüstan Silahlı Qüvvələrinin Sxinvalini atəşə tutması barədə açıqlama yayıb. Atışma nəticəsində Cənubi Osetiya tərəfdən 6 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilir. Separatçılar atəşin snayper və minomyotlardan açıldığını iddia edirlər. Gürcüstan tərəfi isə bu iddianı təkzib edib. Rəsmi Tiflis ilk olaraq separatçıların atəş açmağa başladığını, Gürcüstan Daxili İşlər Nazirliyinin Sxinvalidəki bütün postlarının intensiv atəşə məruz qaldığını deyib: “Gürcü hərbçiləri cavab atəşi açmaq məcburiyyətində qalıblar. Atışma nəticəsində 4 gürcü hərbçisi yaralanıb”. Separatçıların lideri Eduard Kokoyta atışma davam edəcəyi təqdirdə, kütləvi səfərbərlik elan edə biləcəyi haqda bəyanat verib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar