SON XƏBƏRLƏR

Ermənistan Azərbaycanla rəqabət apara bilməz – Azərbaycan prezidenti

2021.10.20, 07:36
Ermənistan Azərbaycanla rəqabət apara bilməz – Azərbaycan prezidenti

Gunaz.tv
Ermənistan Azərbaycanla rəqabət apara bilməz – Azərbaycan prezidenti _ilham_aliyev_020808.jpg Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Ermənistan Azərbaycanla heç bir halda rəqabət apara bilməz. «Ermənistanla müqayisədə Azərbaycanın imkanları genişlənir və bu ölkə bizimlə rəqabət apara bilməz», - deyə prezident İlham Əliyev bu gün hakim Yeni Azərbaycan Partiyasının IV qurultayında çıxışı zamanı bildirib. Prezident qeyd edib ki, Ermənistanla əldə olunmuş atəşkəs dövründə Azərbaycan iqtisadi cəhətdən güclənib və dünya birliyinin vacib üzvünə çevrilib. «Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə reallaşa bilməz. Danışıqlar masasında da Azərbaycanın maraqlarına uyğun məsələlər dayanır. Bu məsələlər Azərbaycan torpaqlarının işğaldan azad olunması, azərbaycanlı qaçqın-köçkünlərin öz torpaqlarına qayıtmasından ibarətdir», - deyə prezident İlham Əliyev bildirib. Onun sözlərinə görə, Ermənistan şifahi olaraq bu prinsipləri qəbul edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağa heç vaxt müstəqillik verməyəcək və münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar