SON XƏBƏRLƏR

Türkiyənin Şırnaq vilayətində 5 mühafizəçi şəhid olub

2021.10.20, 07:36
Türkiyənin Şırnaq vilayətində 5 mühafizəçi şəhid olub

Gunaz.tv
Türkiyənin Şırnaq vilayətində 5 mühafizəçi şəhid olub Şırnaq – APA. Türkiyənin Şırnaq vilayətində PKK terrorçularının açdığı atəş nəticəndə 5 qoruyucu (kənd və qəsəbələrin mühafizəsini həyata keçirən könüllü mülki şəxslər) şəhid olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyata gedən qoruyucular pusquya düşüblər. Terrorçularla atışmada qoruyuculardan Rəşad, Səlahəddin və Hüseyn Güngör qardaşları, Rafiq Altun və Altun soyadlı bir nəfər şəhid olublar. Türk Silahlı Qüvvələri hadisədən sonra bölgədə genişmiqyaslı əməliyyata başlayıb. apa --------------------------------------------------------------- Antalya meşələrində üç gün əvvəl başlayan yanğını söndürmək mümkün olmur Antalya – APA. Türkiyənin Antalya bölgəsində 3 gün əvvəl başlayan yanğının qarşısını almaq mümkün olmayıb. APA-nın məlumatına görə, indiyədək 10 min hektarlıq meşə və orman əraziləri yanaraq külə dönüb. Turistik bölgə olan Antalyanın bir neçə kəndindən sakinlər köçürülüb. Artıq iki mülki şəxs itkin düşüb. Şəhər yetkililəri yanğının qarşısının alınması üçün göstərilən bütün səylərin nəticəsiz qaldığını açıqlayıblar. Qeyd edək ki, Antalyadan başqa, Türkiyənin daha bir neçə bölgəsində meşələrdə baş verən yanğın nəticəsində yüzlərlə hektar ərazi yanaraq məhv olub. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar