SON XƏBƏRLƏR

KÜRDLƏR KƏRKÜKÜ ÖZLƏRİNƏ "BAĞLAMAQ"I TƏLƏB EDİRLƏR

2021.10.20, 07:36
KÜRDLƏR KƏRKÜKÜ ÖZLƏRİNƏ "BAĞLAMAQ"I TƏLƏB EDİRLƏR

Gunaz.tv
KÜRDLƏR KƏRKÜKÜ ÖZLƏRİNƏ "BAĞLAMAQ"I TƏLƏB EDİRLƏR Türkmən və ərəb yetkililər isə üçlü bərabər idarəçilik mövqeyində dayanıblar İ.BALIOĞLU Kərkük vilayət məclisinin kürd üzvləri bu vilayətin şəhərin şimalındakı kürd idarəçiliyinə bağlanması haqqında qərar veriblər. Lakin vilayət məclisinin türkmən və ərəb üzvləri bu toplantını boykot etdiklərindən qərar qanuni sayıla bilməz (məclis üzvlərinin yarıdan çoxu kürdlərdir). Verilən xəbərlərə görə, şəhərdə vəziyyət partlayış həddinə gəlmişdir. Bəlli olduğu kimi, keçən il burada şəhərin statusunu müəyyən etməli olan referendum keçirilməli idi. Lakin bunun ön şərti olan əhali sayımı aparılmadığından referendum təxirə salındı. Türkmənlər deyirlər ki, 2003-cü ildə şəhər işğal olunduqdan sonra kürd sakinlərin sayı ilə manipulyasiya edilir. Məsələn, 2003-cü ildə əhalisi 800 min nəfər olan Kərkükdə əhalinin sayı son beş ildə kənardan gətirilib yerləşdirilən kürdlər hesabına 1,2 milyon nəfərə çatdırılmışdır. Türkmənlər və ərəblər şəhərin kürd məhəlli idarəçiliyinə bağlandıqdan sonra burada ikinci sort vətəndaşlara çevrilməyi istəmirlər. Onlar neftlə zəngin olan bu şəhərdə hakimiyyətin türkmənlər, ərəblər və kürdlər arasında bərabər şəkildə paylanmasını istəyirlər. Bu, İraq Türkmən Cəbhəsinin də mövqeyidir. Bu məsələdə Kərkükdə ərəblər və türkmənlər ortaq mövqedən çıxış edirlər. Son günlər baş vermiş partlayışlarda xeyli sayda kürd öldürüldükdən və yaralandıqdan sonra onlar qruplar halında İraq Türkmən Cəbhəsinin, Türkməneli Partiyasının və sair ictimai qurumların binalarına, o cümlədən Türkməneli TV binasına basqın etmiş, maddi ziyan vurmuşdular. Türkiyə və İraq rəhbərliyi işə qarışdıqdan sonra durumu sabitləşdirmək mümkün olmuşdu. Sözügedən partlayışın kürdlərin özləri tərəfindən qarşı tərəfi suçlamaq üçün qəsdən törətdikləri barədə iddialar var. Siyasi müşahidəçilərə görə, Kərkük və ətrafında məskunlaşan üç böyük etnik qrup arasında münasibətlər tətikdədir və partlayış hər an baş verə bilər. İş burasındadır ki, Kərkükdə sabitliyin pozulması bütün İraqda sabitliyin məcrasından çıxacağı anlamına gəlir. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar