SON XƏBƏRLƏR

KEÇMİŞ ERMƏNİ SƏFİRİ, TARİXİN TƏKƏRİNİ 90 İL GERİYƏ FIRLATMAĞA ÇALIŞIB

2021.10.20, 07:36
KEÇMİŞ ERMƏNİ SƏFİRİ, TARİXİN TƏKƏRİNİ 90 İL GERİYƏ FIRLATMAĞA ÇALIŞIB

Gunaz.tv
KEÇMİŞ SƏFİR TARİXİN TƏKƏRİNİ 90 İL GERİYƏ FIRLATMAĞA ÇALIŞIB Ermənistanın Kanadada keçmiş səfiri Ara Papyan iddia edib ki, indiki Gürcüstanın Cavakxa heç bir hüququ yoxmuş İSMAYIL Qulaq hər gün bir təzə söz eşitməsə, kar olar deyiblər. Ermənistanın Kanadada keçmiş səfiri Ara Papyan tarixin təkərini nə az, nə çox düz 90 il geriyə fırlatmaq kimi asan olmayan bir işə güc verib. Nə qədər müvəffəq olduğunu söyləmək mümkün deyil. Onun daha çox şizofreniya simptomlarını xatırladan söyləntilərindən birtəhər belə başa düşdük ki, son 90 ildə bağlanmış bütün beynəlxalq, dövlətlərarası sazişlərin, konvensiyaların üstündən xətt çəkmək və 1918-20-ci illərin Paris sülh konfransına qayıtmaq lazımdır. Bu ona görə lazımdır ki, Ermənistanın ərazi məsələləri öz "ədalətli" həllini, yəni ermənilər istəyən sayaq həllini tapsın. Bir az da başqa cür desək, qayçı götürülsün və Gürcüstanın, Türkiyənin və Azərbaycanın dünyada tanınmış sərhədləri yenidən biçilsin. Bu cənabı "Modus Vivendi" ictimaiyyətşünaslıq araşdırmaları mərkəzinin başçısı", belə məsələlərdə "ekspert" kimi təqdim edən məlum "Reqnum" agentliyinin xəbərindən belə görürük ki, Ara Papyana görə, "Cavakx" (Cavaxetiyanı ermənilər bu sayaq yazırlar), guya, sovet dönəmində zorla Gürcüstana birləşdirilib, guya, o vaxtkı Borçalı qəzasının əhalisinin əksəriyyətini ermənlər təşkil edirmiş. Yaxında deyil, yoxsa o vaxtın statistik rəqəmlərini onun gözünə bir az yaxın tutardıq. Görərdi ki, onun indi "Cavakx" dediyi Axaltsk qəzasının və Borçalı qəzasının o vaxtkı əhalisinin əksəriyyətini türk-müsəlmanlar təşkil edirdi və bu məsələ o vaxt bir tərəfdə Gürcüstan, o biri tərəfdə Türkiyə və Azərbaycanın iştirakıyla dinc yolla həllini tapmışdı. Bizə qəribə görünən odur ki, İrəvanda hələ də faktları baş-ayaq təqdim etməklə kimisə qane edəcəklərinə inananlar, bu bir yana, bu kimi sayıqlamaları ciddi bir fikir kimi "işıqlandıranlar" hələ də tapılır. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar