SON XƏBƏRLƏR

Yaxşı niyyət nümayişləri və Ermənistan

2021.10.20, 07:36
Yaxşı niyyət nümayişləri və Ermənistan

Gunaz.tv
"Yaxşı niyyət nümayişləri və Ermənistan" Ömər Engin Lütem: "Ermənistan prezidenti ictimai rəyə təsir göstərən addıma ehtiyac duyur, məhz buna görə də Türkiyə prezidentini milli komandaların İrəvanda keçiriləcək oyununa dəvət edib" Göytürk Türkiyə Cümhuriyyətinin istefada olan böyükelçisi Ömər Engin Lütemin "Yaxşı niyyət nümayişləri və Ermənistan" adlı yazısı iki ölkə arasında müxtəlif bəyanatların gündəmdə olduğu dövrdə yayımlanıb. Keçmiş diplomatın Türkiyə-Ermənistan münasibətlərinə dair iyulun 11-də işıq üzü görən məqaləsinin Azərbaycan oxucusu üçün də maraqlı olacağını, müəyyən suallara cavab tapılacağını düşünərək qəzetimizdə dərc edirik. Keçmiş səfir Ömər Engin Lütem yazır: "Türkiyə-Ermənistan əlaqələrinin qısa tarixi Türkiyənin bu ölkəyə qarşı yaxşı niyyət nümayişləriylə doludur. Türkiyə Ermenistana qarşı yaxşı niyyətini göstərə bilmək üçün bu ölkənin müstəqilliyini ilk tanıyanlardan biri olub və bu məsələdə ABŞ-dan da əvvəl addım atıb. Bunun əvəzində Ermənistanın da Türkiyənin ərazi bütövlüyünü tanıması gözlənilsə də bu istək, aradan keçən 16 ilə baxmayaraq gerçəkləşməyib. 1988-ci ildə baş verən zəlzələ, Sovetlər Birliyinin dağılması və Qarabağ müharibəsi səbəbindən Ermənistan 1990-cı illərin əvvəllərində böyük bir iqtisadi böhran yaşayıb. Türkiyə Ermənistana 100 min ton buğda və bir müddət elektrik enerjisi verib. Bu yaxşı niyyət nümayişləri Ermənistanın o dövrdəki prezidenti Levon Ter-Petrosyanın Türkiyə haqqında bəzi mülayim ifadələrindən başqa heç bir nəticə verməyib. Əvəzində Ermənistan Qarabağdan başqa, başda Kəlbəcər olmaqla Azərbaycan torpaqlarını da işğal etməyə və bu arada Naxçıvana, Türkiyə sərhədindən bir neçə kilometr aralıda yerləşən Sədərəyə hücum etməyə başlayıb. Türkiyə isə yaxşı niyyət nümayişlərinə son verərək Ermənistanla olan quru sərhədini və hava sahəsini qapadıb. İki il sonra, bəzi təlqinləri nəzərə alaraq və yenə yaxşı niyyət çərçivəsində hava sahəsini erməni təyyarələrinə açıb. Bu arada Ermənistan vatandaşlarına sərhəddə viza verilməsi nəticəsində çox sayda erməninin Türkiyəyə gəlib qaçaq olaraq çalışmasına da göz yumulub. Həmin insanların zənbil ticarətindən qazandıqları və ya Türkiyədə qazandıqlarını Ermənistana göndərmələri bu ölkənin iqtisadiyyatı üçün kiçildilməsi mümkün olmayan bir gəlirə çevrilib. Türkiyə qondarma soyqırım iddialarının yaratdığı bir çox problemə baxmayaraq, Ermənistana qarşı bir qərəzli siyasət yeritməyib. Ancaq daha öncə xəyal qırıqlığına uğradığı üçün Ermənistana qarşı bu cür yaxşı niyyət nümayişlərində bulunmaqdan da vaz keçib. 1998-cu ildə prezident seçilməsinden sonra Robert Köçəryanın Türkiyəyə qarşı yeritdiyi sərt siyasət isə iki ölkə arasında hər hansı bir müsbət münasibətləri imkansız edib. Serj Sarkisyan isə prezident seçildikdən sonra Türkiyə ilə bir razılıq əldə etməyə istəkli görünüb. Amma bunun üçün əsaslı, bəzi yaxşı niyyət nümayişlərində bulunmaq əvəzində, Türkiyə prezidentini milli futbol komandalarının görüşünü izləmək üçün İrəvana dəvət etməklə Ankaranın bir daha yaxşı niyyət nümayişi göstərməsini istəyib. Ermənistandaki bəzi olaylar bu dəvətin iki ölkə münasibətlərində bir inkişaf əldə etməkdən çox, bəzi daxili siyasət mülahizələriylə irəli sürüldüyünü söyləməyə imkan verir. Serj Sarkisyan prezident seçkilərində 50 faizdən çox səs almasına baxmayaraq hələ ciddi problemlərlə qarşı-qarşıyadır. Seçkilərdən dərhal sonra keçmiş prezident Levon Ter-Petrosyan tərəfdarlarının nümayişlərini, mitinqlərini güc strukturlarının zor gücünə dağıtması, bu əməliyyatlarda 10 nəfərin ölməsi, xeyli mitinqçinin həbsi, mediaya senzura tətbiq olunması baş verib. Avropa Şurası və bəzi ölkələrdən gələn etirazlar qarşısında qanunvericilikdə liberal dəyişikliklərin həyata keçirilməsi, ancaq hələ xeyli adamın həbsdə olması, Levon Ter-Petrosyan tərəfdarlarının bir müddətdir ki, yenidən nümayişlər keçirmələri və nəhayət, iqtisadiyyatda böhranlı proseslər və qiymət artımları Serj Sarkisyanı çətin vəziyyətə salıb. Nəticədə isə Ermənistan prezidenti ictimai rəyə təsir göstərə biləcək bir addıma ehtiyac duyur. Məhz buna görə də Türkiyə prezidentini milli komandaların İrəvanda keçiriləcək oyununa dəvət etdiyi anlaşılmaqdadır. Bu dəvət "daşnaklar" və Levon Ter-Petrosyan tərəfdarlarından başqa, Ermenistan ictimai rəyində, Türkiyədə də olduğu kimi müəyyən fikirlər yaradıb. Abdulla Gülün ehtimal olunan səfərinə cavab olaraq, anlamlı bir qarşılıq verməyən Serj Sərkisyan Türkiyə ilə sərhədlərin açılmasına nail olarsa, bu ona, indiki dövrdə çox ehtiyac duyduğu prestij yaradacaq və küçələrə tökülməkdə olan müxalifətin də geriləməsinə səbəb olacaq". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar