SON XƏBƏRLƏR

Azərbaycan mənfəət neftinin bölgüsündən az pay alır_Xarici şirkətlərin qazancı isə onların qoyduqları sərmayələri üstələyib

2021.10.20, 07:36
Azərbaycan mənfəət neftinin bölgüsündən az pay alır_Xarici şirkətlərin qazancı isə onların qoyduqları sərmayələri üstələyib

Gunaz.tv
Azərbaycan mənfəət neftinin bölgüsündən az pay alır Xarici şirkətlərin qazancı isə onların qoyduqları sərmayələri üstələyib Ülviyyə Şamilqızı İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Azərbaycan hökuməti və ölkənin neft-qaz sektorunda işləyən şirkətlərin qarşılıqlı ödəmələrinə dair 8-ci hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyini açıqlayıb. Koalisiya hesabatın təqdimi və ona auditor rəyinin verilməsi mərhələlərinə uyğun olaraq mövqeyini üç istiqamət üzrə müəyyənləşdirib. Bura auditor rəyinin hazırlanması, təqdimi ilə əlaqədar olaraq prosedur məsələlərinin dəyərləndirilməsi, ayrıca 8-ci, eyni zamanda indiyədək aparılan bütün hesabatların təhlilərindən əldə olunan nəticələr və digər ölkələrlə müqayisələr daxildir. İctimai birlikləri narahat edən məqam hesabatlarda olan uyğunsuzluqların say çoxluğu və təkrarçılığıdır. Koalisiya bu vəziyyəti hesabatları hazırlayan tərəflərin məsələyə kifayət qədər ciddi münasibət göstərməməsi kimi dəyərləndirir. Hesabatların təhlili üçün şirkətlərin fəaliyyətini xarakterizə edən zəruri informasiyalara çıxış problemli olaraq qalır. Koalisiyanın Analitik Qrupunun apardığı araşdırmalarda 2004-2007-ci illər üzrə hökumətin illik hesabatlarında olan rəqəmlərin müqayisəsi zamanı xüsusi izahat tələb edən bir sıra məsələlər ortaya çıxıb: "Yerli şirkətlərin hökumətə ödədikləri mənfəət vergisinin həcminin dinamikada təhlili onun normal tendensiyadan kənara çıxdığını təsdiq edir. Belə ki, yerli şirkətlərin hökumətə ödədikləri mənfəət vergisinin həcmi 2004-cü ildə 66.7 mln manat olduğu halda, 2005 və 2006-cı illərdə kəskin azalıb (müvafiq olaraq 46.9 və 29.4 mln.AZN), 2007-ci ildə isə 2006-cı illə müqayisədə 3.3 dəfə artıb. Digər tərəfdən, yerli şirkətlərin hökumətə ödədikləri mədən vergisinin ildən-ilə azalması da izahat tələb edir. Belə ki, 2004-cü ildə yerli şirkətlərin hökumətə etdiyi belə ödənişlərin məbləği 392.2 mln manat olduğu halda, sonrakı illər bu məbləğ hər il azalıb və 2007-ci ildə 165.3 mln. manat olub". Azərbaycan mənfəət neftinin bölgüsündən əldə etdiyi pay elan edilən həddən iki dəfəyədək azdır. Koalisiya ekspertlərinin təhlil olunan 2003-2004-cü illər üzrə apardıqları müqayisələr göstərir ki, Azərbaycan mənfəət neftindən hasilatın pay bölgüsü kontraktında nəzərdə tutulduğu qədər pay götürə bilməyib. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (AİOC) "Azəri" və "Çıraq" dəniz yataqlarından 2003-cü ildən başlayaraq neft ixracını kifayət qədər artırmasına baxmayaraq, Azərbaycan hökumətinə çatan mənfəət neftinin natura ifadəsində payı heç də ona adekvat səviyyədə dəyişməyib: "Diqqəti çəkən bir məqam ondan ibarətdir ki, 2003-cü ildə konsorsiumun neft ixracında Azərbaycan hökumətinə düşən payın natural ifadədə xüsusi çəkisi 13,9% olub. Qeyd edək ki, 2003-cü ilin yekunlarına görə, Brent tipli neftin dünya bazarında orta satış qiyməti 28,83 dollar olduğu halda, 2007-ci ildə bu göstərici 251% artaraq 72,39 dollar təşkil edib. Digər tərəfdən, artıq 2006-cı ilin yekunlarına görə konsorsium Azərbaycan Vergilər Nazirliyinə mənfəət vergisi ödəməyə başlayıb, yəni xarici şirkətlərin qazancı onların qoyduqları sərmayələri üstələyib. İkinci bir tərəfdən, tərtib olunan cədvəldən görünür ki, konsorsiumun ümumi xərclərində (kapital və əməliyyat xərcləri) hesabat dövrü ərzində illər üzrə kəskin fərqlər də müşahidə edilməyib. Təkcə 2007-ci ildə "Faza-3" (dərin sulu "Günəşli" yatağının işlənməsi) layihəsinin həyata keçirilməsi ilə əlaqədar olaraq xərclər 3 milyard dolları ötüb. Ancaq dünya bazarında neftin qiymətinin artması ilə əlaqədar konsorsiumun 2007-ci ildəki gəlirləri (15,7 mlrd dollar - ekspert hesablaması) onun xərclərini demək olar ki, 5 dəfə üstələyib. Belə olan halda nədən mənfəət neftinin bölünməsində Azərbaycanın payı artmayıb və faktiki olaraq onun xüsusi çəkisi 2003-cü ildəki 13,9% səviyyəsində qalıb? Baxmayaraq ki, həm konsorsium, həm də Azərbaycan hökuməti dəfələrlə vurğulayıblar ki, 2007-ci ildə Azərbaycan mənfəət neftinin bölgüsündə 30%-lik həddə çatıb." Koalisiyanın Analitik Qrupunun Monqolustan və Qazaxıstan MHŞT hesabatı ilə Azərbaycanda tətbiq olunan hesabatların müqayisəli təhlilini aparıb. Məlum olduğu kimi, MHŞT təşəbbüsünə gec qoşulan iki qonşu ölkə - Monqolustan və Qazaxıstan da artıq özlərinin ilk hesabatlarını açıqlayıblar. Həmin ölkələrin hesabatları ilə Azərbaycandakı hesabatı müqayisə edən Qrup Azərbaycanın xeyrinə olmayan nəticə ilə üzləşib: "Monqolustanın hesabatı Azərbaycanla müqayisədə xeyli dərəcədə keyfiyyətli görünür. Monqolustanın MHŞT hesabatı təşəbbüsün məramından irəli gələrək, sözün əsl mənasında ətraflı, aydın və müqayisəli tərtib edilib. Monqolustanda ödəmələrin həm də ünvanlı şəkildə hansı ierarxiya qurumlarina (nazirlik, yerli, əyalət, məktəb və s.) həyata keçirildiyinin açıqlanması vəsaitin sonrakı taleyi haqqında tam informasiya almağa imkan yaradır." Qazaxıstan nümuməsinin bizdən müsbət fərqliliyi ondadır ki, burada hasilat şirkətlərinin bütün vergiləri, o cümlədən korporativ gəlir vergiləri və sosial vergilər də hesabata daxil edilib. Bir sözlə, Azərbaycanda hesabat formalarının təkmilləşməsinə böyük ehtiyac var". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar