SON XƏBƏRLƏR

RADOVAN KARACİÇ ABŞ-LA GİZLİ RAZILAŞMAYA ƏSASƏN HƏBS EDİLMƏYƏCƏKDİ

2021.10.20, 07:36
RADOVAN KARACİÇ ABŞ-LA GİZLİ RAZILAŞMAYA ƏSASƏN HƏBS EDİLMƏYƏCƏKDİ

Gunaz.tv
RADOVAN KARACİÇ ABŞ-LA GİZLİ RAZILAŞMAYA ƏSASƏN HƏBS EDİLMƏYƏCƏKDİ radovan_karacic.jpg Bosniya serblərinin keçmiş generalı, 1992-95-ci illərdəki Bosniya-Hersoqavina müharibəsi zamanı 8 min müsəlmanı qətlə yetirməkdə günahlandırılan Radovan Karaciç Haaqa tribunalındakı çıxışı zamanı bəyan edib ki, o, azadlığı ilə bağlı ABŞ-la gizli razılaşma əldə edib. Radovan Karaciçin iddisına əsasən o, siyasi həyatdan gedəcəyi təqdirdə rəsmi Vaşinqton onun yaxalanmayacağını və azadlığda gəzəcəyini vəd edib. Müharibə cinayətkarı razılaşmanı ABŞ prezidentinin Balkan dövlətləri üzrə xüsusi nümayəndəsi Riçard Xolbrukla danışıqlar zamanı əldə etdiyini açıqlayıb. Qeyd edək ki, ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi artıq Riçard Xolborukun vəzifədə olmadığını və onun dəfələrlə bu iddiaları rədd etdiyini bildirib. 29 maddə üzrə ittiham edilən Radovan Karaciç heç bir müdafiəçi tələb etmədiyini və özü müdafiə olunacağını da diqqətə çatdırıb. 29 maddə üzrə ittiham edilən Karaciç ittihamlarla hələ tanış olmadığını bildirib. Ona özünü günahkar bilib-bilmədiyi barəd sual vərən hakimlər isə konkret cavab ala bilməyib. Haaqa hakimləri Radovan Karaciçə məhkəmə materialları ilə tanış olmaq üçün bir ay vaxt verib. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar